ABŞ İsrailə “Hizbullah”la bağlı xəbərdarlıq etdi - vəziyyət nəzarətdən çıxa bilər...
ABŞ İsrailə xəbərdarlıq edib ki, onun Colan təpələrinə hücuma cavab olaraq Livanın paytaxtı Beyrutdakı “Hizbullah” hərəkatının hədəflərinə zərbə endirmək planları vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.
“Axios” portalı yazıb ki, İsrail Beyrutdan qisas alacağı təqdirdə, “Hizbullah” İsrail ərazisinə uzaqmənzilli raketlərlə hücum edə bilər. Bu da çox güman ki, daha böyük eskalasiyaya gətirib çıxaracaq.
Bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
ZÜMRÜD