KÖHNƏ VERSİYA            

Makronun "Olimpiya iflası", Pəhləvilərin "Kir təntənəsi", sönən Fransa və Qaçaq Nəbinin toyu... - Aydın QULİYEV yazır...

Image

Aralarında 53 illik fasilə olan 2 hadisəni Fransa prezidenti Makronun sayəsində müqayisə etmək imkanımız var...

"Biz fəxr edirik ki, Fransanı parıldadırsınız" - Parisdə  33-cü Olimpiya Oyunlarının açılış mərasimində Makronun guya "şah tezis" yerində işlətdiyi bu sözlərin dalında özünü tarixləşdirmək iştahı dayansa da, əslində Fransanı süqutun son pilləsinə daşıyan müjdədən başqa bir şeyə bənzəmir. Müqayisə aparmaq istədiyimiz ikinci hadisəni də göstərsək, çox şey aydın olacaq. 

1971-ci il - hadisə Pəhləvilərin şahlıq sürdüyü İranda baş verir. O ölkədə ki, dünyada eqoist siyasət aparmırdı, düşmənçilik edən 2 boyük tərəfin hər ikisi ilə yaxın olmaq və sadəcə özünü qorumaq istəyirdi. "Mən hər şeydə nümunəviyəm" iddiası ilə heç kimə dərs vermək fikrində deyildi. O zaman qədim Persopol şəhərinin xarabalıqlarının yanında fars Əhəmənilər dövlətinin 2500 illik təntənəsinə toplaşmış dünya liderlərinin qabağında Rza şah Pəhləvi nitqini belə açmışdı: "Şah Kir! Böyük Kir! Qüdrətli İranın fəxrisən!...

Və 53 ildən sonra 2024-cü il - bu hadisənin isə məkanı Fransadır. O ölkə ki, özünü yekəxana apararaq hamıya dərs deməyə çalışır, bu gün qırmızı dərili hinduların belə bir daha yaşamaq istəmədikləri iyrənc müstəmləkəçilik iddiasını əlindən buraxmır...

Müqayisə aparın. Rza şah Pəhləvi və prezident Makron bir-birlərinə necə də bənzəyirlər. Pəhləvilər də o zaman feodalizmlə imperializmin bəzi xüsusiyyətlərini özündə simbioz etmiş orta əsrlərlə müasirliyin arasındakı İranı parıldatmaq istəyirdi. Bu gün Makron Fransanı "parıldadan" kimi... Yoxsa şahı nə vadar edirdi ki, Şirazın yaxınlığında ilan mələyən susuz səhralara cəmi 3 günlük mənasız ziyafət təşkil etmək xatirinə azı 65 milyon dollar pul töksün?! Tədbirdən sonra orada yaradılmış hər şey məhv olub getdi. Quru səhrada nə yaşaya bilərdi ki?!...

53 il sonra Makron Rza şahdan daha da irəli getdi. 33-cü Olimpiya Oyunlarına 11 milyard dollardan çox vəsait xərcləyib. Rəqəm hələ böyüyə bilər. Yeri gəlsə, İran şahının müdafiəçiləri ona haqq qazandırmaqda o qədər çətinlik çəkməzlər. Deyərlər ki, yerdən çıxardığımız öz neftimizin pulu idi, dövlətçilik tariximizi şöhrətləndirmək naminə xərclədik getdi. Şah hansısa uzaq xalqları istismar edərək sərvətlərini Tehrana daşımamışdı ki?! Bəs Makron nə desin? Necə deyə bilər ki, səpələdiyim 11 milyard dollar pul fransız vergi ödəyicilərinin, sadə fransızların ciblərindən və azadlığa həsrət qoyduğumuz müstəmləkə xalqlarının boğazlarından çıxardığımız söyüş-qarğış dolu pullardır?! Pəhləvilər qədim Persopolun çöllərinə pullar tikəndə İran sabit idi, dünyada elə bir problem yaşamırdı, ölkədən inqilab qoxusu gəlmirdi. Bəs Makron hansı günündən Fransanı süni parıldatmaq  xatirinə sağa-sola pul səpir? Müstəmləkələr üzə durub müstəqillik istəyirlər, ölkənin içində sosial narazılıqlar baş alıb gedir, dalbadal 2 seçkini biabırçı şəkildə uduzub, 6 ildir prezidentlik edən adam ölkədə milli hökumət qura bilmir, Afrikadan qovulub, köhnə müstəmləkələr "biz səndən daha demokratik ölkəyik" deyərək Fransanı ələ salırlar, Cənubi Qafqazdan dərbədər olub. 1971-ci ildə İranda şahın "beynəlxalq qonaqlığına" ictimai etiraz hələ yox idi. Xalqın canına hələ üşütmə düşməmişdi. Ancaq bu gün Parisdə Olimpiya Oyunlarının açılış mərasimində narazı kütlələr küçələrə töküldü, hətta ictimaiyyət nümayəndələri ölkənin optik kabellərini kəsərək əməlli-başlı nəqliyyat iflici yaratdılar.

Rza şahla Makron prezident zahirən bir-birinə bənzəmirlər. Rza şah qaraşın, Makron şəraitlərdən asılı olaraq müxtəlif rənglər ala bilən anatomik  sarışın birisidir. Lakin Rza Pəhləvi sonda devrilərək ölkədən qaçsa da, dayandığı məqamda Makrondan qat-qat xoşbəxt hesab edilir. Çünki Makron hələ ölkədən qaçmasa da, uğursuz siyasətinin ona hansı sonluğu hazırladığını Allahdan başqa kimsə bilməz. Bəlkə İran şahından da acı sonluq yaşayacaq?! Ölkəsini 3 trilyon avro, yəni ÜDM-nin 100 faizindən çox borca salmış bir prezidentin günahından hansı xalq keçər?! Keçsə, insan haqları naminə bəşəriyyətə ilk böyük inqilabın şərəfini yaşatmış fransız xalqına bu haram olmaz? Onsuz da Makron və onun kimilər öz təbii haqları naminə vuruşan xalqlara haqsızlıq və ikili standart acıları yaşatmaqla bu şərəfi çoxdan ləkələyiblər. Dünyada sosial bərabərliyə əsaslanaraq ilk hökumət qurmuş  mübariz KOMUNARların uyuduqları qəbiristanlığa qulağı kəsik və terrorçu erməni dığalarını basdıran makronkimilər Valterin, Didronun, Russonun dühası və Qollun istedadı ilə yoğrulmuş fransız mədəniyyətinə çoxdan çirkab yaxıblar. Kim bilir, Hüqonun,  Dumanın kərpic-kərpic tikdikləri sivil fransız imicinə makronkimilərin ucbatından çilənmiş qanlı cinayət izlərini yumaq üçün hələ Fransaya neçə Şarl de Qollar, Hüqolar, kimlər, kimlər lazım olacaq?

Sivil fransız obrazına ləkə və şərəfsizlik gətirən daha bir nümunəni Makronun "siyasi repertuarında" elə bu 2 gündə gördük. Onun "tərbiyəsi" ilə "maarifləndirilmiş" televiziyonşiklər olimpiya paradından keçən erməni idmançılarını "fransızlara qəlbən yaxın xalq", azərbaycanlıları isə "Ermənistanla ərazi münaqişəsində olan xalq" adlandırmadı? Aparıcının bu "tərbiyəni" illər öncə saxta genosid günündə "Mən bir erməniyəm" deyərək cılız iftixar keçirdən Makrondan aldığına kim şübhə edə bilər ki...

Gələk Əhəməni dövlətinin banisi Kirə (Kirosa) 2500 illik təntənə şərəfini yaşadan şah Rzanın prezident Makrondan daha "parlaq xoşbəxtliyinə"...

Şah Pəhləvinin "Kir ziyafətinə" hətta bir-biri ilə "qanlı-bıçaq" rejimində olan ABŞ və SSRİ-nin ali nümayəndələri qatılmışdı (SSRİ-ni Podqornı təmsil edirdi). Elə Fransanın özündən də yüksək səviyyəli təmsilçi var idi. Heç bir dövlət o zaman Şahı nümayişkəranə şəkildə boykot etmədi. Ancaq Makronunku bu sarıdan gətirmədi. ABŞ, Britaniya, Çin, elə İranın ali rəhbərliyi, Qətərdən başqa bütün müsəlman ölkələri Makronun "olimpiya toyunu" "həsonun ehsanı" kimi boykot edərək zibilə döndərdilər. İran şahı 53 il əvvəl SSRİ ilə də, ABŞ-la da dostluq edirdi. Makron isə dünyanın 90 faizini Fransaya düşmən edib. Amerika ilə gizli müharibədə, Almaniya  ilə qatı rəqabətdə, Britaniya ilə köhnə düşmənçiliyin ovqatında, Türkiyə və Azərbaycanla bir ovuc irticaçı erməninin qisasını döyməkdə, daha kim qaldı ki?!...

İndi deyin, kim daha xoşbəxt sayıla bilər - Pəhləvi şah, ya Makron prezident?...

Rza şah "Kir ziyafətindən" 7-8 il sonra ölkədən qaçdı...

Makronun yolunun isə necə davam edəcəyini inşallah birlikdə görərik...

Kino şedevrimiz sayılan "Qaçaq Nəbi" filmində toy məclisini yəqin xatırlayırsınız. Nəbi ilə Həcər toyxanada həsrətlə qonaqları gözlərkən çırpıdan düzəldilmiş qapı cırhacırla açılır və şalvarı cırıq, ayağı yalın bir uşaq eşşəyin yüyənindən darta-darta toyxanaya girir. Nəbi ilə Həcər nə qədər gözləsələr də, uşaqla eşşəkdən başqa kimsə toya gəlmir. Müdrik kənd ağsaqqalı üzünü Nəbiyə tutaraq "Nəbi, bilirsənmi toyun niyə belə oldu? Sən bu toy üçün elimizdən halallıq almayıbsan" dedi... Nəbi qaçırdığı Həcərin atasından halallıq almadan toy etmişdi...

Qaçaq Nəbinin toyuna "dönmüş" "Olimpiya toyu" üçün Makronun kimlərə halallıq borcu var????

Aydın QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031