Olimpiyadanın açılışında bir səhnə xristian dünyasını ayağa qaldırdı - ABŞ şirkəti reklamlarını geri çəkdi...
ABŞ mərkəzli texnologiya şirkəti "C Spire", Olimpiya Oyunlarının açılışında dini inanclara hörmətsizlik edilməsinə etiraz olaraq reklamlarını geri çəkmək qərarına gəlib.
ABŞ şirkəti bildirir ki, Olimpiyadanın açılışında nümayiş etdirilən "Son Şam yeməyi" tablosunda dini inanca hörmətsizlik edilib. "Paris Olimpiadasının açılış mərasimində "Son Şam yeməyi"nin ələ salınması bizi şoka saldı" - deyə "C Spire"nin X hesabından yaydığı açıqlamada bildirilir,
Şirkət buna etiraz əlaməti olaraq reklamlarını Olimpiadadan çıxardığını bəyan edib.
Qeyd edək ki, Fransanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarının açılış mərasimində "drag queen" (qadın paltarı geyinmiş və makiyajlı kişi) performans ilə İsa peyğəmbəri hədəf alan “Son Şam yeməyi” səhnəsinin təsviri dini inanca hörmətsizlik kimi qəbul edilərək ciddi tənqid edilir. Səhnə Fransız Katolik Kilsəsinin də etirazına səbəb olub. "Təəssüf ki, bu mərasimdə xristianlığı ələ salan səhnələr yer aldı və bu vəziyyətdən dərin təəssüf hissi keçiririk" - dyə kilsəsinin X hesabından etdiyi paylaşımda bildirilir.
TAHİR