KÖHNƏ VERSİYA            

Makron Fransanı “olimpiya rüsvayçılığına” saldı...

Image

Rauf Zeyni: “Fransada Olimpiya Oyunlarının başlandığı gün belə kütləvi hadisələrin, təxribatların, etirazların baş verməsi və ciddi daxili gərginliklərin yaşanması Makron və onun komandasının yarıtmaz siyasətinin nəticəsidir”

Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Fransada günü-gündən çoxalıb şişən daxili problemlər o həddə çatıb ki, narazı əhali təxribat törətməyə başlayıb. Özü də belə nüfuzlu bir tədbirin keçirildiyi vaxtda. Parislilər Olimpiya Oyunlarının keçirilməsini başdan istəmirdilər. Baş verənlər də bu narazılığın rüsvayçı göstəricilərindəndir.  Oyunların başlanmasına bir neçə saat qalmış aləm bir-birinə qarışdı. 

Xarici medianın yaydığı məlumata görə, iyulun 26-da gecə saat 1-dən 05:30-dək  Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarların gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib.

Təxribatlar planlı şəkildə və eyni vaxtda həyata keçirilib. Hadisələr zamanı sürücülərin təhlükəsizliyi və açarların işləməsi üçün vacib olan fiber-optik kabellərin kəsilməsi, sonradan yandırılması baş verib. Yerli mətbuat bu hadisələrin ictimaiyyətə aid məkanlarda baş verdiyini qeyd edərək, bu işdə prosesi bilən şəxsin və şəxslərin əli olduğunu ehtimal edib.

Paris prokurorluğu Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) bütün saytlarına qəsdən ziyan vurulması ilə bağlı istintaq işi açıb. İstintaq bir neçə ittihamı, eləcə də xalqın əsas maraqlarına ziyan vura biləcək əmlakın korlanması və məlumatların avtomatlaşdırılmış sisteminə hücumu əhatə edir.

Ölkədə Atlantik, Şərq və Şimal istiqamətlərində sürət qatarlarının (TGV) hərəkəti dayanıb. SNCF səyahətçilərə səfərlərini təxirə salmağı və stansiyalara getməməyi tövsiyə edib. Bildirilib ki, bütün biletlər dəyişdiriləcək və geri qaytarılacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Fransa hakimiyyətinə etimad göstərdiyini, bütün lazımi tədbirlərin görüldüyünü və hakimiyyətə 180 beynəlxalq kəşfiyyat xidmətinin kömək etdiyini vurğulayıb.

Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış baş verən bu hücum Parisə gələn çox sayda səyahətçinin və turistin səfərini çətinləşdirib.

Göründüyü kimi, Fransada Olimpiya Oyunlarının başlandığı gün daxildə çox ciddi proseslər meydana gəlib, ciddi faktlar qeyd alınıb, dəmir yolu şəbəkəsi çökdürülüb, insanlar narazılıq edir. İnsanlar etiraz edirlər ki, belə bahalı tədbiri keçirməkdənsə ölkənin daxili sosial-iqtisadi məsələlərinin həlli ilə məşğul olmaq lazımdır, bütün sahələrdə problem yaranıb, sistemin pozulması var. Dəmir yoluna, fiber-optik kabellərə qarşı ən azı beş dəfə təxribat törədilib, fiber-optik kanalları kəsiblər, yandırıblar. Diqqətçəkən məqamlardan biri odur ki, bu təxribatların çoxu  həm də  insanların gur olduğu yerlərdə baş verib. Təxribatların olduğu yerlər insanların kütləvi toplaşdığı, hərəkət etdiyi yerlərə yaxın olub. Demək olar ki, insanların bu işdə antipatiyası mühüm rol oynayıb.

Olimpiya Oyunlarının belə uğursuzluqla başlanmasında Makronun və onun komandasının məsuliyyəti nə qədərdi?

“...Fransa hökumətinin məsuliyyət daşıdığı gizlin deyil”

Müstəqil ekspert Rauf Zeyni baki-xeber.com-a şərhində bildirdi ki, bu gün Fransada yaşanan bütün mənfi olayların səbəbkarı Makron və onun siyasi komandasıdır. “Fransada Olimpiya Oyunlarının başlandığı gün belə kütləvi hadisələrin, təxribatların, etirazların baş verməsi və ciddi daxili gərginliklərin yaşanması Makron və onun komandasının yarıtmaz siyasətinin nəticəsidir. Bunlar Fransa prezidenti Makronun və onun komandasının ölkəni necə idarə etməsini göstərir.  Çünki bu gün müəyyən millətlərin və xalqların siyasəti yalnız öz ölkələrinin sosial problemlərinin həll olunması, təhlükəsizliyinin təmin edilməsi, qonşularla   dinc şəraitdə yaşamaqdır, regionda sülhün, stabilliyin, dünyada barışın olmasını tərənnüm etməkdir.  Amma təəssüflər olsun ki, Fransa kimi dövlətlər bu istiqamətdə düşünmək əvəzinə Ermənistanı silahlandırır, maliyyələşdirir, öz azadlıqlarını təmin etmək istəyən xalqların azadlığını boğmağa çalışır. Amma gördüyünüz kimi, bu məsələlərə də vəsait sərf edir. Ermənistanı maliyyələşdirməkdənsə, kütləvi qırğın silahları ilə təmin etməkdənsə, ölkə daxilindəki narazılıqları aradan qaldırmaq, sosial problemlərin həlli ilə məşğul olmaq lazımdır. Fransa hökumətinin apardığı bu siyasət çox təzadlar və fəsadlar yaradır. Ona görə də bu gün Olimpiya Oyunları günü əhalinin sosial narazlığı baş verib, dəmir yolu çökdürülüb, fibro-optik xətlər kəsilib. Bunlar da çox ciddi bəşəri problemləri ortaya qoyur. Yəni   BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr düşünsünlər ki, dünyanı idarə etmək üçün birinci növbədə həm iqtisadi, həm sosial, həm siyasi, həm hüquqi, həm  də digər baxımdan ədalət prinsipini  ortaya qoymaq lazımdır”-deyə R.Zeyni bildirdi. 

R.Zeyninin sözlərinə görə, azsaylı xalqlara, digər ölkələrə, millətlərə qarşı nə qədər ədalətsizlik edəcəklərsə, bunların hamısı bumeranq effekti verəcək və onların  öz ölkəsinə qayıdacaq, bunu unutmasınlar. “Vəziyyətin bu həddə çatmasında Fransa hökumətinin məsuliyyət daşıdığı gizlin deyil...

Hər halda, biz Olimpiya Oyunlarına uğurlar arzu edirik, ora müxtəlif ölkələrdən gələn idmançılar öz zəhmətləri hesabına nəticələr əldə edib bayraqlarını ucaldacaqlar. Bizim idmançılarımız da orada iştirak edir, hər birinə qələbə əzmi diləyirəm. Qoy Azərbaycan idmançılarının hamısı məhz Fransada Azərbaycanın bayrağını qaldırsınlar”-deyə R.Zeyni vurğuladı. 

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031