Dünyada xaosa səbəb olan “Microsoft”dakı nasazlığn arxasından Avroittifaq çıxdı...
Avropa Komissiyasının nümayəndəsi texnologiya nəhəngi “Microsoft” şirkətinin ötən həftə xaosa səbəb olan kütləvi informasiya texnologiyaları sistemindəki nasazlıqda Aİ icraçısının təqsirkar olması ilə bağlı ittihamlarına cavab verib.
“Euronews” telekanalı xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi də Amerika texnologiya nəhənginin hadisədən əvvəl və ya sonra Komissiya qarşısında təhlükəsizliklə bağlı hər hansı narahatlıq ifadə etmədiyini bildirib.
Nəşr xatırladır ki, “Windows” və “CrowdStrike”ın istifadə etdiyi “Falcon” kibertəhlükəsizlik proqramı ilə işləyən 8,5 milyon kompüterə təsir edən nasazlıq nəticəsində uçuşlar dayandırılıb, müəssisələr kart ödənişlərini qəbul edə bilməyib, xəstəxana və klinikalar fəaliyyətini dayandırıb.
NAMİQ