Ermənistanda nə baş verir - hərbi xidmətə çağırış müddəti uzadıldı...
Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər. Hökumət vəziyyətdən çıxmaq üçün hərbi xidmətə çağırış müddətini daha 15 gün uzadıb.
Ermənistan hökumətinin qərarı ilə 2024-cü ilin yay hərbi xidmətə çağırış müddəti 15 gün - avqustun 15-dək uzadılıb.
Müvafiq qərar iyulun 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qeyd olunur ki, yay hərbi xidmətə çağırış dövrü bu il aprelin 29-dan iyulun 31-dək elan edilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, iyulun 15-dək hərbi xidmətə çağırış hüququ olan çoxlu sayda vətəndaş hələ də tibbi müayinədən keçir. Beləliklə, hökumətin qərarı ilə müəyyən edilmiş müddətdə bütün bu şəxslərin müayinəsi və tibbi müayinədən keçirilməsi mümkün olmayacaq.
Yay çağırışına cəlb olunan vətəndaşlara lüzumsuz möhlət verilməməsi, onların tibbi müayinədən keçirilməsində süründürməçilik hallarının qarşısının alınması məqsədilə 2024-cü il yay çağırışının etibarlılıq müddətinin 15 gün uzadılması qərara alınıb.