Ağadadaş Ağayev və mühafizəçi cinayət məsuliyyətinə cəlb edildi....
Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
Məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.
ZÜMRÜD