İrəvan Bakının sülh sazişinə dair 10-cu təkliflər paketinə nə vaxt cavab verəcək...
İrəvan Bakının sülh sazişi layihəsinə dair sonuncu 10-cu təkliflər paketinə cavab hazırlayır. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
"Ermənistan artıq səsləndirilmiş və təqdim olunmuş prinsipial müddəalara uyğun olaraq ən qısa müddətdə saziş imzalamağa hazırdır", - o deyib.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.
Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.