İranla Rusiyanın 1.3 milyard avroluq mübahisəsi düşdü- əgər Rusiya pulu verməsə....
"Rusiya Federasiyasının İranın şimalında əsas dəmir yolu layihəsində iştirakına qadağa qoyula bilər, əgər o, işləri başa çatdırmaq üçün lazım olan külli miqdarda kredit ayırmazsa." Bu açıqlama ilə İranın nəqliyyat naziri Xeyrollah Xademi çıxış edib. SİTAT: “Rusiya kreditindən istifadə edə bilməsək, Rusiyanın Rəşt-Astara dəmir yolunda olması mənasız olacaq”. Nazir əlavə edib ki, İran neft barter ticarəti də daxil olmaqla layihəni başa çatdırmaq üçün lazım olan maliyyəni təmin etmək üçün başqa mexanizmlərə müraciət edə bilər.
Eyni zamanda, Rusiya tərəfi dəmir yolunun tikintisi çərçivəsində bir sıra əməliyyat tapşırıqlarına cavabdeh olacaq. Amma hər şey Rusiya Federasiyasının iş üçün yaxşı qiymət təklif edib etməməsindən asılı olacaq. Xademinin sözlərinə görə, Xəzər dənizi boyu yeni kommunikasiya marşrutunun əsas hissəsini İran tərəfi tamamlayacaq.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya tərəfi layihənin həyata keçirilməsi üçün İrana 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırmağa hazırlaşır.
Mətləb Salahov