Rusiyanın Ukraynaya göndərdiyi dronlar Rumıniya hava məkanında "yoxa çıxdı"...
Rus hərbçilər gecə 38 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum ediblər, Ukraynanın müdafiə qüvvələri 25-ni vura bilib, üç “Shahed” isə Rumıniya sərhədini keçib.
Qeyd edilir ki, Rusiya Odessa bölgəsinin cənub və mərkəzi hissəsində yerləşən infrastruktur obyektlərinə hücum edib.
Ukraynanın Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçukun bəyanatında qeyd olunub ki, hücum zamanı Rusiyaya məxsus 3 dron Ukraynanın hava məkanını tərk edib və Rumıniyanın dövlət sərhədini keçdikdən sonra onların izi itir.
Lakin bununla bağlı Rumıniyadan ölkə ərazisində dronların partlaması və ya vurulması ilə bağlı hələlik heç bir məlumat açıqlanmayıb.
TAHİR