Ərdoğan bu gün Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.Türkiyə mediasının yaydığı məlumatda deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq. Həmçinin Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.
Eyni zamanda Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.
Mətləb Salahov