Salyanda avtomobil ağaca çırpılıb
![Image](/uploads/posts/2024-07/7e928a8a-3581-35a8-b2f3-8bd72bdbc5db_850.webp)
Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mətləb