KÖHNƏ VERSİYA            

Minimum əməkhaqqının artımı gəlir və vergilərdə mühüm dəyişikliklərə səbəb olacaq...

Image

Son günlərdə ölkə iqtisadi gündəmində geniş müzakirə edilən mövzulardan biri də minimum əməkhaqqının artımı məsələsidir. Artıq bəllidir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında deyilir.

Bu ilin əvvəlində Azərbaycanda pensiyaların və müavinətlərin artımı baş versə də, minimum əməkhaqqı 345 manat həddində qalmışdı. Ötən ilin əvvəlində əməkhaqqının ən aşağı səviyyəsi 300 manatdan 345 manata qaldırılmışdı. Yaxınlarda minimum aylıq əməkhaqqının inkişaf etmiş ölkələrdə tətbiq olunmuş saatlıq əməkhaqqı sistemi ilə əvəzlənəcəyi ilə bağlı məlumatlar da yayılmışdı. Hazırda Azərbaycanda özəl sektorda çalışıb 345 manat əməkhaqqı alan şəxsin maaşından 20 manat 50 qəpik Dövlət Sosial Müdafiə Fondu, 1 manat 73 qəpik işsizlikdən sığorta, 6 manat 90 qəpik icbari tibbi sığorta ödənişi olmaqla toplam 29 manat 13 qəpik ödənişlər tutulur. Dövlət sektorunda çalışanla üçün bu rəqəm toplam 39 manat 28 qəpikdir. Ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi minimum əməkhaqqının artırılmasını zəruri edir. 2024-cü ildə inflyasiya səviyyəsi 10%-ə yaxın olarsa, minimum əməkhaqqının da ən azı bu qədər artırılması gözlənilə bilər. Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımı da minimum əməkhaqqının artırılması üçün əsas göstəricilərdən biridir. Əgər ÜDM-də müsbət dinamika müşahidə olunarsa, minimum əməkhaqqının daha yüksək səviyyədə artırılması mümkündür. Dövlət büdcəsinin imkanları da artımın nə qədər olacağını müəyyən edir. Büdcə gəlirlərinin artması minimum əməkhaqqının artırılması üçün daha geniş imkanlar yaradır. Daha bir mühüm nüans odur ki, minimum əməkhaqqı artdıqca VÖEN ilə çalışanların da sosial ödənişləri artır. Azərbaycanda ən aşağı həddə aylıq maaş alan insanların sayı rəsmi elan olunmasa da, 2022-ci ildə hökumət minimum əməkhaqqının artırılmasının 600 min nəfərə təsir etdiyini açıqlamışdı. Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayır və bu il noyabrın 1-nə qədər bu təkliflər müzakirə üçün təqdim olunacaq: “Gözləntilər növbəti ilin yanvarından minimum əməkhaqqının artırılması ilə bağlıdır”. Onun sözlərinə görə, artım faizinin ikirəqəmli olacağı gözlənilir: “Çünki son illərdə orta əməkhaqqıda da ikirəqəmli artım müşahidə edilib”. O qeyd edib ki, nəticədə bu artım 700 min nəfərdən çox vətəndaşın əməkhaqqına, birbaşa gəlirlərinə təsir göstərə bilər: “Nəzərə alsaq ki, minimum əməkhaqqı alanlar daha çox sosial təminata ehtiyacı olan vətəndaşlardır, bu onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq. Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarilə minimum əmək haqqının artmasına imkan verəcək. Konkret məbləği bu ilin payız aylarında müzakirələr göstərəcək”.

Məsələyə fərqli prizmadan yanaşanlar da var. Məsələb, iqtisadçı Natiq Cəfərlinin deməsinə görə, əslində Azərbaycanda da, inkişaf etmiş ölkələrdəki kimi, saatlıq ödəniş sisteminə keçmək yaxşı olardı: “Amma indiki iqtisadi münasibətlərdə bu, o qədər də real görünmür. Azərbaycanın əmək bazarında dövlət sektoru üstünlük təşkil edir, 1.7 milyon muzdla çalışanlar var, onların 900 mini büdcə təşkilatlarında çalışır. Orada da fiksə olunmuş iş saatları var”. O hesab edir ki, ölkədə minimum əməkhaqqı gələn ildən artırılacaq: “İndiki zamanda bunun artırılması üçün büdcədə vəsaitin nəzərdə tutulmasına ehtiyac var. Yeni büdcə isə, çox güman ki, yeni parlament tərəfindən noyabr-dekabr aylarında qəbul olunacaq. Ondan sonra da minimum əməkhaqqı ilə bağlı qərar verilə bilər”. N.Cəfərlinin sözlərinə görə, minimum əməkhaqqının VÖEN-lə çalışanların sosial ödənişlərinə birbaşa təsiri var: “Qanunda çox mənasız asılılıq yaradıblar və minimum əməkhaqqı artan kimi VÖEN-lə çalışanların vergi yükü də artır. Birincisi, bu, qanunla aradan qaldırılmalıdır. İkincisi, minimum əməkhaqqının hesablaması dəyişməlidir. Minimum istehlak səbəti yenidən hesablanmalıdır, yaşayış minimumu özündə daha real rəqəmləri ehtiva edilməlidir”. İqtisadçı hesab edir ki, indiki şəraitdə minimum əməkhaqqı 500 manat olmalıdır: “Bu məbləğ insanların minimum ehtiyaclarını ödəyə bilər. Amma bu da yetərli deyil, çünki elə ailələr var ki, dörd-beş nəfərdən tək bir nəfər işləyir. Onun da minimum əməkhaqqı alması ailənin çox yoxsul vəziyyətə düşməsinə səbəb olur”. Bir daha xatırladaq ki, minimum əməkhaqqı  iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Onun dəyişdirilməsi həm dövlət, həm də özəl sektorda çalışanların maaşlarına təsir edir.  Belə ki, birincisi, ölkə üzrə heç bir işəgötürən bundan aşağı maaş verə bilməz, ikincisi isə onun əsasında dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq maaşları müəyyən edilir. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031