KÖHNƏ VERSİYA            

Rusiyada miqrantların daha çətin dövrü başladı - ölkəyə axın sürətlə azalır...

Image

Rusiya Dövlət Duması Rusiyada miqrantlara nəzarəti sərtləşdirən qanun layihələri paketini qəbul edib. Buna əsasən, polisə əcnəbiləri ölkədən çıxarmaq qərarı vermək icazəsi verilib. Miqrantlar üçün onların hüquqlarını kəskin məhdudlaşdıran xüsusi deportasiya rejimi də  tətbiq olunur.

Yaşayış izni, yaxud viza olmadan ölkədə qalma müddəti 180 gündən 90 günə salınıb. Bu qanun layihələri qəbul olunanadək ölkədən çıxarılma barədə yalnız məhkəmələr və sərhəd xidməti qərar verə bilərdi. Rusiyada hüquqi əsaslar olmadan qalan, yaxud cinayətlər törətməkdə təqsirləndirilən əcnəbilər üçün xüsusi hüquqi rejim tətbiq olunur. “Deportasiya rejimi”ndə olan əcnəbilərin bank hesabları və biznes açması, avtomobil idarə etməsi, nikah bağlaması, digər regiona köçməsi qadağan olunacaq. Polis onların yaşayış yerinə ordersiz gedə bilər. Məhkəmənin sanksiyası olmadan onları texniki nəzarət qurğuları vasitəsilə izləməyə icazə verilir. Polis əməkdaşları bu şəxslər barəsində hətta kommersiya sirri sayılan informasiyanı, bank, vergi məlumatlarını istəyə bilər. Hüquq müdafiəçilərinin fikrincə, bu rejim miqrantları Rusiya ərazisində hüquqsuz edəcək. Qanun layihələri Dövlət Dumasına “Crocus City Hall” mərkəzinə hücumdan sonra təqdim olunub. Həmin hücumda 145 nəfər həlak olub, azı 500 nəfər yaralanıb. Hadisəyə görə Orta Asiya ölkələrindən bir neçə nəfər ittiham olunur. Bu hücumun ardınca Rusiyada hakimiyyətin miqrantlara qarşı ritorikası kəskin dəyişib. Orta Asiya ölkələri vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunur. Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, hazırda deputatlar 25 miqrasiya layihəsinə baxır. Bu arada onu da qeyd edək ki, Rusiyaya miqrant axını son 10 ildə ən aşağı həddə düşüb. Ekspertlər bunu 2008-ci il böhranı, 2014-cü ildə Krımın ilhaqı və COVID-19 pandemiyasından bəri dördüncü azalma dalğası adlandırır. Rusiya statistika orqanının məlumatına görə, 2023-cü ildə ölkəyə 560 min nəfər gəlib. Bu isə Ukraynada müharibə başlayan 2022-ci ildəkindən 23 faiz azdır: onda Rusiyaya 730 min nəfər gəlmişdi. Rusiyaya gələnlərin üçdə biri Tacikistandan, 10 faizi Qırğızıstandan, 9 faizi Ukraynadan, Ermənistan və Qazaxıstandan, 4 faizi isə Özbəkistandandır. Belarus, Çin, Türkmənistan, Hindistan və digər ölkələrdən gələn miqrantlar da var. 2023-cü ildə Rusiyaya gələnlərin 55 faizi kişilər, 45 faizi qadınlar olub. Onların əksəriyyəti, 76 faizi əmək qabiliyyəti yaşında gəlib. Miqrantların 11 faizi yaşlılar, 13 faizi isə yaşı 16-dan aşağı olanlardır. Miqrantların çoxunun Moskva və Tümen vilayətlərinə, həmçinin Xantı-Mansi muxtar dairəsinə gəldiyi açıqlanıb, ümumi miqrant sayının 57 faizi bu ərazilərin payına düşür. Bundan öncə Tomsk vilayətində miqrantların 20 sahədə, o cümlədən taksi, ticarət, ərzaq təchizatı, təhsil, idman, mühafizə, mehmanxana, personal seçimi sahələrində işləməsi qadağan edilib. “Agentstvo”nun hesablamasına görə, Rusiya regionlarının üçdə birində, o cümlədən Ukraynadan ilhaq olunmuş Krımda miqrantların işləməsinə məhdudiyyətlər tətbiq edilib.

Bununla yanaşı, Rusiyanın Milli İşlər üzrə Federal Agentliyi miqrantlara qarşı öz ana dillərindən istifadəni kəskin şəkildə məhdudlaşdıran və onları ictimai yerlərdə namaz qılmaqdan və ya dini məqsədlər üçün heyvan qurban verməkdən çəkindirən yeni davranış qaydaları tətbiq edir. Ölkənin bəzi regionlarında Milli İşlər üzrə Federal Agentliyin yaratdığı 70 dəqiqəlik kurs çərçivəsində miqrantlara xüsusi seminarlarda ciddi qaydalar və davranış kodeksi öyrədilir. Mühazirədə təsvir olunan qaydalara rus dilini və ölkənin miqrasiya qanunvericiliyini mütləq bilmək, ruslar haqqında danışarkən öz ana dilindən istifadə etmək qadağası, əks cinslə fit çalmağın qadağan edilməsi daxildir. Mühazirəçilər həmçinin miqrantlara Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etməklə “sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını əldə etmək” imkanını xatırlatmalıdırlar. Həmçinin ekstremist kimi tanınan şəxslər və ya terror fəaliyyətində iştirak edən şəxslərlə ünsiyyətin yolverilməzliyi barədə xəbərdarlıq edilir. Onu da xatırladaq ki, 2023-cü ilin oktyabrında Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xarici vətəndaşların məktəblərdə, əczaçılıq sahəsində, dövlət tibb ocaqlarında, taksi və yük daşımalarında işləməsinin yasaqlanması təklif olunur. “Crocus City Hall”da teraktın Tacikistan vətəndaşları tərəfindən törədilməsi haqda rəsmi versiya yayılandan sonra Rusiyada miqrantlara ksenofob münasibət kəskinləşib. Bəzi regionlarda hüquq-mühafizə orqanları əcnəbi işçilərin yaşayış və iş yerlərində reydlər keçiriblər. Bəzi hallarda miqrantları hərbi komissarlıqlarda qeydiyyata salıblar. Moskva əməkçi miqrantları ölkədən çıxmağa vadar etməkdən ötrü onları Ukraynadakı müharibəyə göndərir. Bunu Peterburqda beynəlxalq hüquq forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin söyləyib. Dediyinə görə, Rusiya vətəndaşlığı ala bilmiş 10 minə yaxın miqrant orduya cəlb olunub. Rusiya vətəndaşları və Rusiya pasportu alan ortaasiyalıların çoxu Ukraynadakı döyüşlərə cəlb olunmaqdan yayınmaq üçün Rusiyadan qaçmağa çalışır. Bu halda Avropa İttifaqı ölkələrinə gedərək sığınacaq istəmək çox halda ən yaxşı seçim olur. Onlar sərhədi qanunsuz keçərək hökumət nümayəndələrinə təslim olur, humanitar vizaya müraciət edir və adətən gözləmə müddətində xüsusi düşərgələrə, bəzənsə hətta həbsxanalara göndərilirlər. Bütün bu müddətdə onlar müraciətlərinin qəbul olunacağına ümid bəsləyirlər. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031