KÖHNƏ VERSİYA            

Elman Rüstəmovun "Premium Bank" üzərindən 2.5 milyonluq qanunsuz əməliyyatı - YENİ DETALLAR...

Image

Elman Rüstəmov “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində kredit götürüb. Heç bir gəliri olmayan şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla. İndi də “Premium Bank” həmin əmlaka göz dikib ki, pulumu verin. İşə Yasamal rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxır. 

Bunu vəkil Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, uzun fasilədən sonra sabah növbəti iclas olacaq: “Bankdan kredit dosyesini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmir, qorxur. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən?"

Biz bu məsələ ilə bağlı təfərrüatı daha ətraflı öyrənmək üçün vəkillə əlaqə saxladıq.

Əkrəm Həsənov: “Bu pullar heç bir gəliri olmayan şəxslərə verilib” 

Hüquqşunas Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vətəndaş Nizami Kərimov yeni yaşayış obyekti alıb və restoran kimi işlətməyə başlayıb: “Ancaq alınan obyekt tikintisi başa çatmayan binada olduğu üçün, çıxarışı olmayıb. Elman Rüstəmovun biznes şəriki olan tikinti şirkətinin rəhbərləri  öz adlarına çıxarış ediblər. İki bank – “Deka”  və “Premium”dan  hərəsindən iki milyon yarım kredit götürüblər. Əslində isə Mərkəzi Bankdan götürülən pullar heç bir gəliri olmayan şəxslərə verilib. Eyni zamanda bunu biznes krediti kimi yox, istehlak krediti kimi veriblər. Bu krediti də 4 faizlə bir illik müddət sonunda qaytarmaq şərti ilə veriblər. Həmin obyekt də bu üç bank qarşısında girov qoyulub və bundan əmlak sahibinin də xəbəri yoxdur. Krediti götürən adamlar sonradan həbs olunur. Onlar bu etdiklərini inkar etsələr də, krediti Elman Rüstəmovun götürdüyünü deyiblər. Pul da geri qayıtmadığına görə, “Deka”, “Premium” və Mərkəzi Bank həmin bu əmlakı tələb edir. Biz də məhkəmədə bildiririk ki, kredit vermisizsə hansı sənədləri tələb etmisiniz? Mən müdafiə etdiyim vətəndaş Nizami Kərimov məhkəməyə verib və udub ki, əmlak onundur. Buna baxmayaraq, iş məhkəmədə gedir və bu üç bank deyir ki, biz kredit götürənə inanmışıq. Biz də onlara bildiririk ki, inanmısızsa, Mərkəzi Bankın təlimatına uyğun olaraq, bankların kredit verərkən tələb edəcəyi kredit dosyesini gətirin, baxaq. Onlar da bu sənədləri gətirmirlər. Əgər bu sənədlər gəlsə, orda ilk növbədə bilinəcək ki, onlardan kredit götürən adamların gəliri yoxdur. İstənilən bir bankda min manat götürmək üçün gəlir tələb edəcəklər sizdən. İki milyon yarımı gəliri olmayan bir adama necə verə bilərlər?  Girov qoyulan əmlaka baxış keçirilməlidir. Onlar baxışa gəlsəydi, görəcəkdilər ki, əmlak Nizami Kərimova aiddi, adlarını rəsmiləşdirdikləri şəxsə yox. Onlar da indi bunu gizlədirlər və sənədləri üzə çıxarmırlar. Məhkəmə də bizim vəsatətimizi qəbul etmir. Çünki məhkəmə də onlara kömək edir və bilir ki, sənədlər yoxdur. Sənədlər ortaya çıxsa bilinəcək ki, sözügedən banklar Mərkəzi Bankın birbaşa göstərişi ilə qanunsuz, saxta kredit verib”.

Elçin Qurbanov: “Uzun müddət ölkənin  pul siyasətini müəyyən edən təşkilatın başında dayanan şəxs tərəfindən belə dəhşətli hadisənin  törədilməsi ağılagəlməzdir”

İqtisadçı Elçin Qurbanov isə qəzetimizə açıqlamasında bildirdi ki, onun bu hadisə barəsində məlumatı yoxdur: “Ola bilsin ki, mətbuata sızan məlumatlar tam deyil, amma ictimaiyyətə sızan məlumatlar əsasında onu demək olar ki, 2.5 mln manat məbləğində kredit xüsusi portfelə aiddir. Kredit məsələləri qanunvericiliklə müəyyən edilmiş prudensial normativlərə  və tələblərə uyğun çərçivədə  bankçılıq fəaliyyətinin əsas istiqamətlərindən biridir. Banklar haqqında Azərbaycan Respublikası  Qanununa əsasən, bank krediti  - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə  və faizlər və ya müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Belə iri həcmli bank kreditinin əldə edilməsi üçün ciddi sənədləşmələr tələb olunur. Girov qoyulan əmlakın qiymətləndirilməsi, sığorta, vəsaitin sığortası və digər prosedurlar belə nəticələrə görə prosesdə iştirak edən digər təşkilatlar üçün də məsuliyyət yaradır. Burada qiymətləndirici təşkilat, sığorta şirkətləri, bank əməkdaşları, girovda olmayan əmlakın Əmlak Məsələləri üzrə Reyest Xidmətinin  girov kimi qeydiyyata alınmasında iştirak edən digər şəxslər mütəşəkkil şəkildə məsuliyyətə cəlb olunmalıdır. Məsələni birtərəfli qiymətləndirmək olmaz. Bəzən tərəflər bilərəkdən belə hallara yol verə bilər. Əvvəlcədən tərəflər arasında razılaşma olur. Sənədlər tam şəkildə toplanmır, imzalar və sənədlər saxtalaşdırılır ki, mübahisələr məhkəmələrdə həll oluna bilməsin. Uzunmüddətli kredit müqaviləsi üzrə icra edilməyən öhdəliklərin icrası barədə müvafiq bildirişlər gəlməlidir. Maraqlıdır, işdə zərərçəkmiş kimi çıxış edən şəxsin hadisədən qəfil xəbər tutması necə baş verib?

Mən Rusiyadan saxta yolla əldə olunmuş notarial etibarnamə ilə Azərbaycanda vətəndaşların əmlakının girov qoyularaq kredit götürülməsi kimi dələduzluq hallarına rast gəlmişəm. Bu hadisələr mülki qanunvericilikdə boşluqların və cəmiyyətdə mənəvi aşınmanın yüksək səviyyəsinin göstəricisidir. Uzun müddət ölkənin  pul siyasətini müəyyən edən təşkilatın başında dayanan şəxs tərəfindən belə dəhşətli hadisənin  törədilməsi ağılagəlməzdir. Təəssüf ki, hüquq -mühafizə orqanları dələduzluq və mənimsəmə hallarına mötədil münasibət sərgiləyirlər.  Azərbaycan belə cinayətlər üçün geniş areal yaratmamalıdır. Belə cinayətlərin həddindən artıq çoxalması cinayət qanunvericiliyinin daha da sərtləşdirilməsi üçün zərurət yaradır. Mən bu problemi çoxdan səsləndirmişəm”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031