ABŞ seçkilərində 91,5 milyon dollar qalmaqalı - Tramp Harrisdən şikayət etdi....
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Federal Seçki Komissiyasına vitse-prezident Kamala Harrisdən şikayət ünvanlayıb. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, respublikaçılar demokratları prezident Co Baydenin seçki kampaniyası üçün yığılmış 91,5 milyon dolları oğurlamaqda ittiham edib. Bayden prezidentlikn yarışını tərk etdikdən sonra isə ittihamlar Harrisə ünvanlanıb.
Trampın şikayətinə ABŞ Seçki Komissiyası baxacaq.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Demokratlar Partiyası 7-dək prezidentliyə namizədini açıqlayacaq.