Sabiq erməni nazir 2021-də Azərbaycana qarşı təxribat əmri verdiyini etiraf etdi
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan2021-ci ildə törətdiyi təxribata görə məsuliyyətini etiraf edib.
Trend bu barədə erməni "Telegram" kanallarına istinadən xəbər verir.
O, Azərbaycan Ordusuna atəş açmaq əmri verdiyini təsdiqləyib.
"Əmrim Respublika rəhbərliyinin xoşuna gəlmədi və məni müdafiə naziri vəzifəsindən azad etdilər", - o deyib.
Qeyd edək ki, Arşak Karapetyan 2021-ci ildə cəmi 4 ay müddətinə Ermənistanın müdafiə naziri vəzifəsini tutub. 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribata görə Karapetyan noyabrın 15-də vəzifəsindən azad edilib.