"Seçkilərdə iştirak etmək üçün 1200-ə yaxın müraciət var" - MSK sədri
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də jurnalistlərə müsahibəsində bildirib ki, indiyədək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb.
O bildirib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Həmin siyasi partiyaların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Mətləb Salahov