KÖHNƏ VERSİYA            

54 YAŞLI ƏZİZİMİZ, 30 YAŞLI ŞƏHİDİMİZ...

Image

"Balaca Rembo” adlandırılan, heç vaxt unudulmayacaq ÇÖVDƏT CAVAD OĞLU SƏMƏDOV barədə xatirələr 



O, hərbi sahədə ali təhsil ala bilməsə də, gənclərin böyük vətənpərvərlik müəllimi oldu


Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də ulduzlar kimi parlayıb sönməməkdir...

Sızlasa da könüllər ölənlərin yasından,

Addım-addım getməli onların arxasından.

Qəhrəmanlıq - içərək acı ölüm tasından,

İrəliyə atılmaq, bir daha dönməməkdir.

Hüseyn Nihal Atsız

Türk şairi


Onun adı yaxşılıq, gözəllik, yetkinlik, böyüklük, təzəlik, qüsursuzluq kimi mənalanır. Və həyatda, reallıqda cismən mövcudluğu zamanı da elə belə olub. Qismətindəki 24 illik ömür payında hər düşüncəsində, kəlməsində, addımında məhz bu cür tanındı – yaxşı, uca, kamil, cəfakeş, vətənpərvər... Əlbəttə, söhbət fiziki ölçülərdən yox, mənəvi məqamlardan gedir - cəldliyinə, qıvraqlığına, akrobatik hərəkətlərinə görə mülki və hərbçi dostları arasında “balaca Rembo” adlandırılan bu gənc ruhən cox-cox ucalarda, zirvələrdə qərar tutmuşdu. Yox, o, balaca Rembo deyildi, böyük Cövdət idi... Bəs niyə söhbətimiz keçmiş zamanda gedir, axı qəhrəman şəhidimiz yenə də bizimlə birlikdədir... Xüsusən həmişə ətrafıma baxanda onu görürəm, söhbətləşirəm, Cövdət daim yaddaşlardan, yuxulardan, xatirələrdən, dost-tanışın arasından boylanır... Biz ayrı-ayrı kəndlərdə doğulub böyüsək də, həmin yaşayış məntəqələrinin qonşuluğu, Faldarla Muğanlı sərhədindəki meşə, çöl, çay səbəbindən xüsusən yaz-yay aylarında tez-tez bir araya gələrdik – uşaqlığın suda üzüb gündə qaralmaq əyləncələri, idman yarışları, ot-ələf toplamaq, mal-davara baxmaqda valideynlərimizə köməkliyimiz səbəblərindən mütəmadi rastlaşardıq. Hətta “Qumçıxan kanalı” deyilən hövzənin sahilində ilk dəfə qarşılaşanda güləşib gücümüzü də sınamışdıq. Nəsil-şəcərə əlaqələrimiz də olub, vaxtilə Ayvazlarla Səmədlərin sonradan azalan, yoxa çıxan ünsiyyəti, get-gəlləri varmış... Sonradan mən Zaqatalanın “Qırmızı Bayraq” qəzetində müxbir, o isə məktəbdə müəllim işləyəndə vaxt darlığı maneçilik törətsə də, tədbirlərdə, mərasimlərdə yenə də görüşərdik. Cövdətin qəlbində, hərəkətlərində daim bir vulkan, enerji, qaynama duyulardı. Vətənə bağlılığı, ədalətsizliklərlə barışmazlığı, zəifə, imkansıza yardımçılığı onu bir dəqiqə rahat buraxmırdı. Xarakterinin belə müsbət cizgilər üzündən də əlinə silah alıb Vətənin müdafiəsinə tələsdi və bu müqəddəs yolda şəhidlik məqamına yüksəlişi ilə əbədi hüzur, aramlıq, xoşbəxtlik qazandı.             

Səmədov Cövdət Cavad oğlu 1970-ci il iyunun 12-də ziyalı ailədə dünyaya göz açmışdı. Qardaşı Cavidlə əkiz doğulmuşdu. 1985-ci ildə Faldar kəndində 8 illik, 1987-ci ildə qonşuluqdakı Qandax orta məktəbinin 10-cu sinifini bitirmişdi. 1988-1990-cı illərdə ovaxtkı Leninqrad 

(Sankt-Peterburq) şəhərində əsgərlik keçib. Uşaqlıqdan idmana həvəsinə görə elə bu sahə üzrə də təhsil almağı qərarlaşdırmışdı. Həqiqi hərbi xidmətdən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunur. Texnikumu bitirdikdən sonra Faldar və Qandax kəndlərində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərir. 1992-ci il dekabrın 22-də könüllü olaraq Qarabağa - cəbhəyə yollandı. Vətən uğrunda gedən döyüşlərdə fəal iştirak etdi, çoxsaylı qəhrəmanlıq nümunələri göstərdi. Ağdam, Tərtər, Füzuli döyüşlərindəki şücaətləri dillər əzbərinə çevrildi. 

Cövdətin arzularından biri də təhsilini davam etdirərək hərbi hazırlıq müəllimi olmaq idi. Müəllim həmkarları danışırlar ki, kollektiv arasında da böyük hörməti vardı, vətənpərvərlik ruhunda aşıb-daşırdı. Daim öz üzərində işləyər, biliklərini artırardı. Sonuncu məzuniyyəti zamanı məktəbə gedib, iş yoldaşları ilə görüşüb, halallaşıb, deyib, müharibədir də birdən qayıtmadım... Bacısı Amaliya xanımın söylədiyinə görə, uşaq vaxtı çox dəcəl imiş: “Xeyli cəld idi, tez-tez dalaşırdıq, həmişə əlində taxta avtomat olardı və biz dava-dava oynayardıq. Onun bütün fikri-zikri döyüşməkdə və hərb oyunlarındaydı, ümumiyyətlə hərb sənətini sevirdi. Çox yaxşı, qayğıkeş, ürəyiyanan qardaş idi (kövrəlir).  

Ümumiyyətlə, Səmədovlar şəcərəsinin kişi mənsublarının əksəriyyəti hərbi vətənpərvərlik ruhunda böyüyüblər. Atası rəhmətlik  Cavad müəllim və əmisi Gülməmməd Böyük Vətən müharibəsi iştirakçıları idilər. Bacısı Səlminaz xanımın oğlu Hüseyn Allahyarov Birinci Qarabağ müharibəsi şəhididir. Qardaşı nəvəsi İlkin Səmədov da Vətən müharibəsində döyüşüb. Digər bacısı oğlu Fərid Məmmədov Vətən müharibəsi qazisidir, Şuşanın alınmasında böyük xidmətləri var, orden-medallarla təltiflənib. Fəridin atası Fərhad hazırda Dövlət Sərhəd Xidmətində işləyir. Şəhid Cövdətin anası rəhmətlik Gülzar xanım qəhrəman ana olub, ailədə 11 övlad - 6 qardaş 5 bacı böyüyüb boya-başa çatıb. 

İxtiyar yaşlı jurnalist Zenfira Nəsibova cəbhə bölgəsində - Füzulidə ezamiyyətdə olarkən döyüşçülərlə görüşüb müsahibə almaq istəyib. Lakin aralarında Cövdət də olmaqla bir qrup gənc böyük hörmət və ehtiramla onunla vidalaşaraq qaçıb artıq ön xəttə köməyə tələsən yük maşına miniblər və gedə-gedə qışqırıblar ki, müəllimə, müsahibəmiz inşallah qələbə günü baş tutar... Və artıq həmin Zəfərdən 4 il keçir. Deməli, Cövdətin və cəbhə yoldaşlarının arzusu da çoxdan reallaşıb.

...İgid Vətən oğlunun son savaşı 1994-cü il yanvarın 26-da oldu. RPK (Kalaşnikov əl pulemyotu) ilə döyüşürmüş. Güllə, qumbara və digər sursatları qurtarana qədər döyüş meydanında qalıb, sona qədər vuruşublar. Geriyə çevrilib “güllə verin” deyəndə snayper atəşinə tuş gəlib. Saatlarla həmin mövqeyi keçə bilməyən şərəfsiz erməni dığaları atəş süsandan sonra bir az ürəkləniblər, üzərlərindən tankla keçərək mübarək cəsədlərini tapdalamaqla, torpağa basdırmaqla cılız qəzəblərini soyudublar. Sağ qalan dostları isə darmacalda şərfini yanına qoyublar ki, nəşini tanıya bilsinlər.

Cövdət Cavad oğlu Səmədov Füzulinin Şişqaya yüksəkliyi uğrunda qəhrəmancasına şəhidlik məqamına yüksəldi, Zaqatalanın Faldar kəndində torpağa tapşırıldı. Subay idi. Vaxtilə təhsil aldığı və müəllim kimi çalışdığı Faldar kənd tam orta məktəbi indi onun adını daşıyır. Doğrudur, hərbi hazırlıq üzrə ali təhsil alıb şagirdlərə hərbin sirlərini öyrədə bilmədi, amma gənclərin peşəkar hazırlıqlı vətənpərvərlik müəllimi oldu. Allah qəriqi-rəhmət eləsin.


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031