KÖHNƏ VERSİYA            

Bakı fransız və holland müstəmləkəçiliyinə qarşı mübarizənin əsas mərkəzinə çevrilir...

Image

Məhərrəm Zülfüqarlı: “BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik”

Günümüzdə hələ də başqa xalqları və kiçik ölkələri öz müstəmləkəsi altında saxlamağı davam etdirən Qərb dövlətləri mövcuddur. “Demokratiya” və “insan haqları”nı əlində bayraq edən Fransa, Niderland (Hollandiya) kimi ölkələr müstəmləkəçilik siyasətini dayandırmaq istəmirlər. 

Bilirik ki, Hollandiya əsrlər uzunu İndoneziya, Seylon, Şimali Amerika ərazilərini əsarətdə saxlayıb və hazırda da  koloniyaları qalır. 

Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb. Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.

O məlumat verib ki, BTQ bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcək, koloniyaların müstəqillik mübarizəsinə dəstək göstərəcək.

İndiyə qədər Bakı Təşəbbüs Qrupu tərəfindən  fransız kolonyalarına dəstək verilməsi əsas məsələlərdən biri idi, təbii ki, yenə də bu istiqamətdə proses davam edir. Bura bir ölkə də əlavə olunub. İndi Bakı Təşəbbüs Qrupu Niderlandın da müstəmləkələrinin azad olunmasına dəstək verməyə başlayıb. Bu yeni səhifədir və nə kimi perspektiv vəd edir? 

“Biz beynəlxalq hüquqa söykənərək bu addımı atırıq, yəni burada Azərbaycanın atdığı addımlar tamamilə qanunidir” 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müstəmləkəçilik siyasəti daim tənqid olunan siyasət olub. “Bu siyasət Avropa ölkələri tərəfindən orta əsrlərdən başlayıb. Rusiyanın isə işğalçılıq siyasəti Kiyev Rus Dövləti yaranandan - IX əsrdən başlayıb. Zaman-zaman Azərbaycan üzərinə gəliblər, Şirvanşahlar, Salarilər dövlətinə qarşı işğalçı yürüşlər ediblər. Stepan Razinin rəhbərlik etdiyi quldur dəstələri Azərbaycan üzərinə basqınlar ediblər, ölkəmizi talamaqla məşğul olublar. Amma işğalçı rusların əraziləri tutub o ərazilərdə oturması isə əsasən XVI əsrdən - IV İvanın vaxtından başlayıb. Volqaboyu əraziləri, Sibir, Kazan və Həştərxan xanlıqlarını,  sonra isə   Qafqazı, Orta Asiyanı və digər əraziləri işğal ediblər. 

Müstəmləkə siyasəti odur ki, əraziləri işğal edib əhalini kölə vəziyyətinə salırlar, həmin ərazilərin sərvətlərindən istədikləri kimi istifadə edirlər və sair. Qərb ölkləri də daim insan haqlarından, humanizmdən danışdıqları bir vaxtda  XXI əsrdə hələ də bunların müstəmləkələri qalmaqdadır, hələ də müstəmləkə siyasətləri davam etməkdədir. Sual oluna bilər ki, Azərbaycan buna niyə indi diqqət edir? Əvvəllər məgər biz bunu görmürdük? Görürdük, sadəcə bizim böyük problemlərimiz vardı, həmişə torpaqlarımızı azad etmək uğrunda mübarizə aparırdıq, diqqətimiz də əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yönəlmişdi. Lakin 44 günlük müharibədə qazandığımız böyük Zəfərdən, 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü təmin etdikdən sonra baxdıq ki, Qərb ölkələri, xüsusən də Fransa, ona müttəfiq olan bir sıra Avropa ölkələri, o cümlədən də Niderland ermənipərəst siyasət yürüdür. Erməniyönlü siyasət yürütməklə  ermənilərin guya pozulmuş hüquqlarını müdafiə etməyə cəhd edirlər, “millətlərin öz müqəddəratını təyin etmək” hüququnu ortaya atırlar. Bəli, bu zaman Azərbaycan tərəfi onlara öz yerini göstərməyi lazım bildi. Azərbaycan bunlara bildirir ki, millətlərin öz müqəddəratını təyin etmək hüququnu doğrudan da müdafiə edirsizsə, onda niyə müstəmləkələrə azadlıq vermirsiniz? Müstəmləkələri soymaqla, oradakı əhalinin hüquqlarını pozmaqla, o ərazilərin sərvətlərini istədikləri kimi istifadə etməklə məşğuldurlar. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, o ölkələr isə özlərindən minlərlə kilomert aralıda müstəmləkələr saxlayırlar. Necə ola bilir ki, siz özünüzdən çox-çox uzaqlarda yerləşən əraziləri, yerli xalqları öz müstəmləkəniz altında saxlayırsınız, sərvətlərini istismar edirsiz, amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün siz buna düşmən münasibət bəsləyirsiniz? Demək istəyirəm ki, Azərbaycan artıq güclü dövlət kimi öz hüquqlarını müdafiə edə bilir və beynəlxalq hüquqa söykənərək də bunların layiqli cavabını verir”. 

M.Zülfüqarlı bildirdi ki, müstəmləkə saxlayan ölkələr isə bu suallara cavab vermək iqtidarında deyillər, çünki bunların məqsədi sömürgəçilik siyasətini davam etdirməkdir, işğalçı, talançı siyasətlə məşğuldurlar. XXI əsr üçün bunun yaramaz bir siyasət olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, ATQ-nin bu gün Niderlanın müstəmləkə siyasətini ifşa etmək istiqamətində həyata keçirdiyi işlər tamamilə beynəlxalq prinsiplərə söykənir. “Artıq Azərbaycanda  kolonializm siyasətinə qarşı böyük bir mübarizə başlayıb. Niderland da koloniya siyasəti yürüdən Qərb dövləti kimi başqa xalqları, əraziləri əsarət altında saxlayır, sömürgəçilik siyasəti yürüdür. Müsbət haldır ki, müstəmləkəçilik siyasəti ilə mübarizənin mərkəzi Azərbaycandır. BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik. BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik. Biz beynəlxalq hüquqa söykənərək bu addımı atırıq, yəni burada Azərbaycanın atdığı addımlar tamamilə qanunidir”-deyə M.Zülfüqarlı bildirdi.  

O vurğuladı ki, keçən əsrin 60-cı illərində Afrika ölkələri müstəmləkədən azad olundu, o zaman SSRİ öz siyasətinə uyğun şəkildə buna dəstək verirdi, imperalizmi tənqid edirdi. “Halbuki, özü müstəmləkə dövləti idi. SSRİ ərazisində olan 100-dən artıq xalqa qarşı ruslaşdırma siyasəti yeridirdi. Amma buna baxmayaraq, özünü humanist göstərərək Afrika dövlətlərinin müstəmləkədən azad edilməsinə dəstək göstərir, hüquqlarını müdafiə edirdi. Amma indiki zamanda biz tamamilə fərqli siyasət yürüdürük. Biz nə SSRİ kimi başqasının ərazisini işğal edirik, nə başqa xalqları istismar edib onları əsarət altına salırıq, sadəcə, 30 ildən artıq bir dövr ərazində pozulmuş  hüquqlarımızı müdafiə edirik. Bundan sonra da hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Qərbi Azərbaycandan qovulmuş 300 mindən artıq azərbaycanlının dədə-baba torpaqlarına qayıtmasını təmin edəcəyik, bundan başqa, azad ərazilərdə məskunlaşmanı davam etdirəcəyik. Yəni bizim siyasətimiz Azərbaycan xalqının, Azərbaycan dövlətinin beynəlxalq hüquqa söykənən hüquqlarını müdafiə etməkdir. Buna qarşı çıxanlara da layiqli cavablarını veririk. Çünki Niderland, Fransa kimi dövlətlərin nöqsanlarını demədikcə, bunlar özünü güclü dövlət hesab edərək başqalarının üstünə ayaq açırlar. Azərbaycan artıq o dövlətlərdən deyil ki, nədənsə çəkinə, kiməsə xoş gəlmək üçün tənqidi fikirlərini söyləməyə, öz hüquqlarını müdafiə edə bilməyə. Artıq o dövrlər çoxdan keçib. Ola bilərdi ki, keçən əsrin 80-ci illərində, 90-cı illərin əvvəllərində belə olsun. Amma indi Azərbaycan güclü dövlətdir, onun Türkiyə, Pakistan kimi müttəfiqi var, Türk dünyası kimi böyük qardaşları var. Hətta Macarıstan kimi böyük bir müttəfiqimiz də mövcuddur. O NATO-nun və Avropa Şurasının, Avropa Birliyinin üzvüdür. Ona görə də Azərbaycan olaraq daim öz mövqelərimizi müdafuiə etməyə davam edəcəyik. Azərbaycanın haqq işinə ögey münasibət bəsləyənlərin, ikili standatlarla yanaşanların isə layiqli cavabını verəcəyik”-deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031