Bazar ertəsi günü, 25 may 2026
     

Sübut olundu - gender bərabərliyi inkişafın mühüm şərtidir...

Image


Beynəlxalq səviyyədə ilk dəfə olaraq kişilər və qadınlar arasında bərabərlik 1945-ci ildə BMT-nin nizamnaməsində təsbit edilib. Bu nizamnamədə müəyyən edilib ki, Birləşmiş Millətlər Təşkilatı xalqları fundamental hüquqlara inamı bir daha təsdiq etməli, gender bərabərliyini təmin etməli, bunun üçün müvafiq şərait yaratmalıdırlar.

Bu müddəalar bərabərlik və ayrıseçkiliyə yol verməmək prinsiplərinin gələcək inkişafı üçün zəmin yaradıb.

Gender bərabərliyi beynəlxalq hüquq müstəvisində 

1946-cı ildə BMT-nin Qadının Statusu üzrə Komissiyası yaradılıb ki, bu da kişi və qadınlar arasında gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadı. Qurumun fəaliyyəti təkcə cəmiyyətin müxtəlif sahələrində qadınların müdafiəsini təmin etmək məqsədi daşımayıb, həm də dünyanın bütün ölkələri tərəfindən kişi və qadın bərabərliyi prinsipinə əməl olunmasına nəzarət etmək vəzifəsini qarşısına qoyub. Beləliklə, Qadının Statusu üzrə Komissiya kişilər və qadınlar arasında bərabərliyin təşviqinə yönəlmiş müxtəlif tövsiyələr qəbul etməklə həm beynəlxalq, həm də milli səviyyədə gender bərabərliyini təmin etməyə çalışmışdır.

1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsinə əsasən, hər kəs heç bir fərq qoyulmadan bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malikdir. Preambulada qeyd edilir ki, orada təsbit edilmiş müddəalar bütün xalqların və dövlətlərin səy göstərməyə borclu olduğu standartlar kimi qəbul edilməlidir. Beləliklə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları gender ayrı-seçkiliyinə yol verməmək prinsipini təsbit edir ki, ona görə də kişilər və qadınlar bərabər bütün hüquq və azadlıqlara malik olmalıdırlar. 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası gender əsasında ayrı-seçkiliyin qadağan edilməsini də təsbit edir. Konvensiyanın 14-cü maddəsinin müddəalarına əsaslanaraq belə bir nəticəyə gəlinir ki, kişi və qadın heç bir əsasla ayrı-seçkiliyə məruz qala bilməz. Nəticə etibarilə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası təkcə beynəlxalq hüquqi deyil, həm də milli insan hüquqları institutlarının formalaşması tarixində əlamətdar sənəddir. Gender bərabərliyinə dair beynəlxalq hüquqi standartların formalaşmasının növbəti mərhələsi 1966-cı ildə iki beynəlxalq paktın qəbul edilməsidir. Söhbət vətəndaş və siyasi hüquqlar haqqında və genderə görə ayrı-seçkiliyin qadağan olunmasını təsbit edən iqtisadi, sosial və mədəni hüquqlar haqqında paktlardan gedir. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü bəndinə əsasən, paktın iştirakçısı olan dövlətlər kişilər və qadınlar arasında bərabərliyi təmin etməyə borcludurlar. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 3-cü maddəsi həmçinin iştirakçı dövlətlərin kişi və qadınların bütün mülki və siyasi hüquqlardan istifadə etmək üçün bərabər hüquqlarını təmin etmələrini təmin etməyə yönəlmiş müddəa nəzərdə tutur. Nəticə etibarilə, hər iki beynəlxalq pakt qadınlar və kişilər üçün bərabər siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqlarda bərabərliyi təmin edir. Qeyd etmək lazımdır ki, bu beynəlxalq paktların 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə ortaq cəhəti onların İnsan Hüquqları və Azadlıqları Xartiyasını təşkil etməsidir.  Ümumiyyətlə, əksər beynəlxalq sənədlər və ümumilikdə beynəlxalq təşkilatların fəaliyyəti gender ayrıseçkiliyinə məruz qalan qadınların hüquqlarının qorunmasına yönəlib. Bu müstəvidə fəaliyyət göstərən beynəlxalq təşkilatların və xüsusi beynəlxalq sənədlərin yaranması uzun müddət qadınların kişilərlə qeyri-bərabər mövqedə olması ilə əlaqədar idi. Bu vəziyyətə köklü stereotiplərin, eləcə də qadınların rolunu aşağılayan ənənəvi, mədəni və dini adət və ideyaların mövcudluğu səbəb olmuşdu. Qadınlara ana, ev gözətçisi kimi müəyyən sosial rollar qoyulmuş, davranış nümunələri formalaşmış, buna görə də qadın kişi ilə qeyri-bərabər mövqeyə qoyukmuşdu. Əksər hallarda qadınların hüquqları qüvvədə olan milli qanunvericiliklə, məsələn, əmək sferasında, siyasi sahədə və digər sahələrdə məhdudlaşdırılmışdı. Nəticə etibarı ilə qadınlara qarşı gender ayrı-seçkiliyinin bütün dünya ölkələrini əhatə etdiyinə görə, bu problem beynəlxalq xarakter alıb və beynəlxalq ictimaiyyət tərəfindən qlobal problem kimi təsnif edilib. Bu fonda aparılan mübarizə nəticəsində indi bir çox ölkələrdə qadınların mövqeyi kişilərlə əhəmiyyətli dərəcədə bərabərdir. Azərbaycan da belə ölkələr sırasındadır və ölkəmizdə gender bərabərliyi ən yüksək səviyyədə təmin olunur.

Azərbaycan gender simmetriyasında mühüm uğurlara nail olub 

Tarix boyu qadınlar cəmiyyətimizin mənafeyi naminə böyük işlər görüblər. Bəziləri yaxşı tanınır, digərləri daha az tanınır, lakin hər biri dünyanın tərəqqisinə töhfə verib. İstər insan hüquqlarının və sülhün təbliğində, istər elmin inkişafında, istərsə də insanların həyatını xilas etmək və ictimai sağlamlığın qorunmasında ön cəbhədə xidmət edən qadınların sayı yetərincə olub. Azərbaycan tarixində də bunun çoxsaylı nümunələri var. 

Ümumiyyətlə, Azərbaycan qadını bu gün də ictimai həyatın bütün sahələrində fəaldır, ictimai rəyin yaranmasında və formalaşmasında da iştirak edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilib. Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasında mühüm rol oynayıb. O da faktdır ki, hər bir ölkənin davamlı inkişafı gender fərqi qoyulmadan onun bütün vətəndaşlarının mənəvi və iqtisadi potensialından səmərəli istifadəni nəzərdə tutur. Məhz buna görə də gender simmetriyasına nail olmaq bütövlükdə dünya birliyi üçün prioritet məsələlərdən biridir. Bu gün BMT-nin bütün dünyada müdafiə etdiyi gender bərabərliyi məsələlərinə aid təsirli həcmdə normalar, standartlar və prinsiplər mövcuddur. Kişilər və qadınlar üçün imkanların, resursların və seçimlərin bölüşdürülməsini dəyişdirmədən və genişləndirmədən heç bir cəmiyyət davamlı inkişaf edə bilməz. Tədqiqatlar göstərir ki, qadınlar kişilərlə eyni sürətlə yeni bizneslər yaradıb genişləndirsələr, iqtisadi fayda 5-6 trilyon dollara yaxın olacaq. Bu səbəbdən gender simmetriyasının təmini yalnız tərəqqiyə əlavə töhfələr verir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…

SON XƏBƏRLƏR

25.05.2026 / 22:50
AKP-CHP münaqişəsi Türkiyədə ümumvətəndaş toqquşmasına gətirə bilər (?)...

25.05.2026 / 22:15
"Bay, bay, nərədən çıxdın Kamal vay".... - VİDEO

25.05.2026 / 22:04
MİT-in müəmmalı öl(dürül)müş kəşfiyyatçısının "Bay Kamal " barədə çox sensasiyalı məktubu çıxdı...

25.05.2026 / 21:45
Avroparlament Azərbaycana qarşı o qədər qərəzçilik etdi ki... öz deputatları etiraza qalxdı...

25.05.2026 / 21:43
Türkiyənin "Karsan" avtopilot avtobusu İsveçdə ilk gün qəza törətdi...

25.05.2026 / 21:20
Böyük güclərin geosiyasi oyunu: İran böhranı fonunda ABŞ–Çin–Rusiya münasibətləri

25.05.2026 / 21:02
Əli İsa Cabbarov: “İmzalar feykdi, dəqiqləşdirmə apardıq qol çəkmədiklərini dedilər”

25.05.2026 / 20:34
İran uranı ərazisindən çıxarmağa razılaşdı - yalnız Çinə verilməsi şərti ilə…

25.05.2026 / 20:14
Vardanyan onlar həbsdə olduğu halda ölkəsinin parad keçirməsini “əxlaqsızlıq” adlandırdı

25.05.2026 / 20:03
"Hindistan və Azərbaycan arasında mədəni körpülər" adlı sərgi təşkil olundu - FOTO

25.05.2026 / 19:56
Rumıniyanın Prezidentindən İlham Əliyevə Müstəqillik Günü təbrik...

25.05.2026 / 19:35
Estoniya Prezidenti İlham Əliyevə məktub göndərdi

25.05.2026 / 19:16
Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 19:14
Yaponlar Xəzərə 3 milyon dollar "tökəcəklər"...

25.05.2026 / 19:12
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.05.2026 / 18:43
Hardadı Azərbaycanın “romançıları”? -100 ən yaxşı romanın sırasında biz yox olduq...

25.05.2026 / 18:41
Maya Sandu Prezident İlham Əliyevə məktub ünvanlayıb

25.05.2026 / 18:39
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 18:38
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 18:37
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.05.2026 / 18:35
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verdi

25.05.2026 / 18:33
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

25.05.2026 / 18:12
Bakıda məşhur tikinti bazarının fəaliyyəti dayandırıldı - VİDEO

25.05.2026 / 17:48
Kreml Ermənistanı qazın qiymətini bahalaşdırmaqla hədələdi - Aİİ-dən çıxsalar...

25.05.2026 / 17:31
Britaniya nazirinin təyyarəsi texnoloji hücuma məruz qaldı - Rusiya yaxınlığında…

25.05.2026 / 17:23
Nazir ət idxalının artmasının səbəbini açıqladı

25.05.2026 / 17:17
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqləndi

25.05.2026 / 17:10
Si Cinpin Prezident İlham Əliyevə məktub göndərib

25.05.2026 / 17:04
"Özümüzü buğda ilə cəmi 55 faiz təmin edirik" - Prezident

25.05.2026 / 16:57
Putin Prezident İlham Əliyevi təbrik etdi

25.05.2026 / 16:45
“Ağdağ” uğrunda döyüşlərdə şəhid oldu, 3 ay sonra nəşi tapıldı-Novruz Haxverdiyev...

25.05.2026 / 16:41
Prezident İlham Əliyev: "Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"

25.05.2026 / 16:35
"May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram" - Prezident

25.05.2026 / 16:18
Prezident: "Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır"

25.05.2026 / 16:16
"Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır" - Prezident

25.05.2026 / 16:12
Prezident İlham Əliyev: "Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb"

25.05.2026 / 16:11
"Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir" - Prezident

25.05.2026 / 16:00
Ərdoğan Bilgi Universitetini bağladı, 3 gün sonra öz qərarını ləğv etdi... Qalmaqal...

25.05.2026 / 15:47
Kreml Ermənistanın iqtisadi məhvinə start verdi

25.05.2026 / 15:45
Böyük hasilatçı ölkə neft dövrünün bitdiyini bəyan etdi -OPEK-dən bu səbəblə çıxıb...

25.05.2026 / 15:27
Azərbaycan və Türkiyə ilə normallaşan münasibətlər Paşinyanın şansını birə beş artırdı

25.05.2026 / 15:15
İran-ABŞ razılaşmasına dair inanılmaz xəbər yayıldı...

25.05.2026 / 15:12
Dollar tələsi: İranla münaqişə ABŞ-ın maliyyə sistemini çökdürür...

25.05.2026 / 15:08
Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 15:00
Əsgərliyə getmədən dövlət tədbirlərində “vətənsevərlikdən oxuyan” müğənnilər...

25.05.2026 / 14:42
Ərdoğan CHP-ni "özəlləşdirir"...

25.05.2026 / 14:39
Ermənistan üçün Gürcüstan ssenarisi asan olmayacaq - "prezident küçə söyüşlərinə düşüb"...

25.05.2026 / 14:13
Azərbaycan Gürcüstanla 20 illik yeni qaz sazişi bağladı... 500 milyard kub güzəşt...

25.05.2026 / 14:08
Qədim türklərin qurduğu, fransız arxeoloqun kəşf etdiyi qədim şəhər – Çorum

25.05.2026 / 13:55
Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirildi

25.05.2026 / 13:45
"Ərim xəstədir" deyib Trampdan qaçan baş kəşfiyyatçının ciddi səbəbləri var...

25.05.2026 / 13:14
Ceyhun Bayramov BMT-də çıxış edəcək...

25.05.2026 / 13:05
Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

25.05.2026 / 12:44
Sərhəddə əməliyyat - İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı FOTO

25.05.2026 / 12:30
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTO

25.05.2026 / 12:09
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

25.05.2026 / 11:56
Beş ölkə NATO-nun Ukraynaya hərbi yardım təklifini rədd etdi...

25.05.2026 / 11:54
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.05.2026 / 11:41
Bakı ilk dəfə D-8 ölkələrinin nazirlərinin görüşü keçiriləcək

25.05.2026 / 11:10
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

25.05.2026 / 11:07
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb

25.05.2026 / 11:04
Prezident İlham Əliyev İordaniya Kralını təbrik etdi

25.05.2026 / 10:58
Bu həftə ardıcıl 5 gün iş olmayacaq...

25.05.2026 / 10:46
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı iş məhkəməyə çıxarıldı...

25.05.2026 / 10:32
Xüsusi təyinatlılar hərbi vəzifəlilərlə təlim keçdi - FOTO

25.05.2026 / 10:20
Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər - FOTO

25.05.2026 / 10:06
Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilir

25.05.2026 / 09:51
Hindistanda pələng dörd qadını parçaladı...

25.05.2026 / 09:47
Qurbаn bаyrаmı namazının vaxtı açıqlandı...

25.05.2026 / 09:21
Xəzərdə zəlzələ oldu

25.05.2026 / 09:17
Rusiyada fəlakət azərbaycanlıları da tutacaq - rüsum 12 dəfə qaldırıldı...

25.05.2026 / 08:50
Daha 119 ailə Şükürbəyli kəndinə yola salındı

25.05.2026 / 07:02
Tehran məhkəməsi edam hökmü çıxardı - daha 4 nəfər…

24.05.2026 / 23:10
İran-ABŞ danışılarında anlaşılmazlıq - dünya sülh gözləyərkən Tehrandan imtina xəbəri gəldi...

24.05.2026 / 21:19
AB-dən Rusiyanın internetə çıxışını kəsmək təklifi – NATO rus PUA-larını və qırıcılarını vura bilər...

24.05.2026 / 20:23
ABŞ və İran arasında ilkin sazişin adı açıqlandı - Tramp Tehranın İbrahim Sazişlərinə qoşula biləcəyini dedi...

24.05.2026 / 15:11
Paşinyan Axalkalaki-Qars dəmir yolunun Ermənistana açıq olduğunu elan etdi...

24.05.2026 / 15:02
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər - FOTO

24.05.2026 / 14:46
İrandan Təbrizdəki konsulumuzun həlak olduğu qəza ilə bağlı açıqlama...

24.05.2026 / 14:37
Pakistanda qatara terror hücumu - XİN qardaş ölkəyə başsağlığı verdi...

24.05.2026 / 13:15
Rusiya Kiyevə raket yağdırdı - Azərbaycan səfirliyinin ətrafı da bombalandı....

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ