KÖHNƏ VERSİYA            

Hekayələri dünyanı dolaşan uşaq yazıçımız

Image

 Sevinc Nuruqızıdan danışmaq istəyirəm. Onun mükafatlarını, qazandığı uğurları sadalamaqla bitməz. Çoxumuzun uşaq yazıçısı kimi tanıdığımız, əsərləri əcnəbi dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə nəşr olunan və ədəbi müsabiqələrdə yüksək yerlər tutan, saysız-hesabsız kitabların, şeir və hekayələrin, uşaq opera və kukla tamaşalarının, publisistik yazıların  müəllifi, radio verilişlərinin aparıcısı olan, şeirlərinə mahnılar bəstələnən Sevinc Nuruqızı təkcə uşaqların deyil, həm də böyüklərin sevimlisidir. 

Onun “Edam”, “Ölərəm dərdindən, onu bil”, “Kəpənək ömrü” hekayələri, “Xocalıya”, “Çanaqqala keçilməz” poemaları, “Melisa” nağıl-povesti, “Qaz balası Qaqa” süjetlər silsiləsi, “Al çobanyastığı ləçəkləri” pyesi... müxtəlif müsabiqələrdə yüksək mükafatlara layiq görülmüşdür. Cənubi Koreya Respublikasında üç dildə nəşr olunan “Ağca və Cuppulu” hekayəsi, Türkiyədə keçirilən İLESAM-Akçağ Uşaq ədəbiyyatı müsabiqəsində roman janrı üzrə birinci yeri tutan “Melisa” nağıl-povesti ölkəmizin sərhədlərini çoxdan aşaraq dünyanı dolaşmaqdadır. “Melisa” həm də AMEA-nın Uşaq Ədəbiyyatı şöbəsinin hazırladığı məqalə ilə Vikipediyaya daxil edilmiş ilk müasir uşaq ədəbiyyatı nümunəsidir.

S.Nuruqızının əsərlərinin əsas mövzusu vətənpərvərlik, məqsədi gənc nəslə vətən, torpaq, millət sevgisi aşılamaqdır. Onun uşaqlar üçün nəzərdə tutulmuş əsərləri haqqında çox yazılıb. Mən Sevinc Nuruqızının uşaq ədəbiyyatına verdiyi dəyərli töhfələrdən deyil, bütün yaradıcılığında, həyat tərzində, şəxsiyyətində ifadə olunan böyük, dərin, bitib-tükənməyən vətən sevgisindən danışmaq istəyirəm. Bunun üçün ən yaxşı nümunə onun Zəfər yolunun yolçularına həsr etdiyi  “Zəfər nəğməsi Şuşa” kitabıdır.

Kitaba “Zəfər nəğməsi – Şuşa” povesti, “Al çobanyastığı ləçəkləri” pyesi və əksəriyyəti real hadisələr əsasında yazılmış hekayələr daxildir. Onların hamısında insanın qəlbini və düşüncələrini sarsıdan, çilik-çilik edən ağrı var, acı var... Misilsiz zəfərimizdən sonra belə bu dərin ağrını yazıçı ürəyində daşımaq böyük iradə və səbir istəyir.

 “Gənc dost! Bu əsəri yazanda səni düşündüm... Düşündüm ki, yurdun gələcəyi sənin əlindədir... Əsəri diqqətlə oxu... Ən böyük sevginin – Vətən sevgisinin nə olduğunu öyrənəcəksən. Vətəni candan çox sevməyin nə demək olduğunu anlayacaqsan...” Bunlar müəllifin Şuşanın işğaldan azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılara həsr etdiyi “Zəfər nəğməsi-Şuşa” povestinə yazdığı ön sözdəndir. Müəllifin təhkiyə və təsvirləri o qədər canlıdır ki, oxucu sanki döyüş həyəcanını onun qəhrəmanları ilə birgə yaşayır, onlarla birlikdə sıldırım qayalara qalxır, sonra quş kimi qanadlanıb dərin dərəyə enir, düşmənlərin ürəyinə qorxu salır, 28 il həsrətində olduğu, adı çoxdan müqəddəsləşmiş şəhərin hər döngəsi, hər evi uğrunda ölüm-dirim savaşı aparır; şəhid olan döyüş yoldaşları üçün gözləri dolub, ürəyi sızıldasa da “Şəhadətin mübarək!” sözlərini qürurla səsləndirir...

Bu əsər Azərbaycan əsgərinin cəsurluğunu, əzmini, fədakarlığını Azərbaycan qadınının, azərbaycanlı ananın sevən və qürurlanan dili ilə ifadə edən qəhrəmanlıq dastanıdır. “Azərbaycan ordusunun şah əsəri oldu Şuşa savaşı... Bundan yaxşı döyüş olmaz, bundan əzmli döyüşçü olmaz, bundan böyük Vətən eşqi olmaz...”  “Əsgər... bir amal uğrunda irəlilədi... Daldalanmağa səngəri olmadı, barıt acılı boğazının yanğısını söndürməyə bir qurtum su tapmadı, aramsız güllə saçan silahının lüləsində isitdi buz bağlamış əllərini... Və bizə Şuşanı qaytardı”.

“Hərdən mənə elə gəlirdi ki, bizim Şuşa qarşısındakı günahımızı heç nə yuya bilməz... Amma yudu... Şəhidlərimizin müqəddəs qanı yudu bu günahı”.

Maraqlıdır ki, müəllif Mədəniyyət Nazirliyinin vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsinin qalibi olmuş “Ölərəm dərdindən, onu bil” adlı hekayəsini də hissə-hissə bu povestə daxil edib. Torpaqlarımız işğaldan azad edildikcə qəmli notlara köklənmiş əsərlərini nikbin, qürurlu sonluğa yönəltmək Sevinc Nuruqızı yaradıcılığına xas xüsusiyyətlərdəndir.

Kitabın “Uşaqların müharibə acısı” bölməsinə müharibənin uşaqların taleyinə acı təsirini əks etdirən hekayələr, “Qadınların müharibə ağrısı” bölməsinə Milli Qəhrəman Salatın Əsgərovaya, həmçinin müharibənin cismani və mənəvi qurbanlarına çevrilən digər qadınlara həsr olunmuş pyes və hekayələr, “Döyüşçü ürəyi” bölməsinə Milli Qəhrəman Mübariz İbrahimovun, Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçısının igidliklərindən bəhs edən hekayələr, “44 günlük müharibədən ştrixlər” bölməsinə müharibənin ayrı-ayrı yaddaqalan epizodları daxildir.

“Ədəbi Azadlıq-2015” müsabiqəsində II yer tutmuş “Edam” hekayəsi çox ağrılı, ürəyə süngü kimi saplanan real əhvalatdan – dəmir borulara doldurulan, hər iki tərəfdən qaynaqlanan borunun içində qətl edilən uşaqlardan bəhs edir. Edamın bu “növ”ünü “kəşf” edənləri insan adlandırmaq olarmı?

“Onlardan olsa, balaca əllərini bu dəmir borunun quru ot yapışmış üzünə qoyub onu çöl boyu diyirlədər, qısa ömürlərinin harasındasa ilişib qalmış şən qəhqəhələrindən bir ovuc götürüb yanan torpağa çiləyərdilər. Gülüşərdilər...”

Yazıçı, başqa əsərlərində olduğu kimi, bu hekayəsində də hadisənin faciəsini açmaq üçün təzadlardan istifadə edir, yaxşılıqla pisliyi, məsumluqla mənfurluğu, günahsızlıqla günahı qarşılaşdırır. Fikrimdən “İnsanlıqdan kənar vəhşiliyi ədəbiyyatda əks etdirmək oxucuya qarşı qəddarlıq deyilmi?” sualı keçir. Bu cür hekayələri oxumaq da yazmaq qədər ağır və ağrılıdır. Amma lazımdır. Bu qan donduran vəhşilikləri yaddaşlara yazmaq lazımdır ki, on ildən, yüz ildən sonra yenə qarı düşmənlərimizi süfrəmizin başında oturtmayaq, ən yağlı tikəmizi, ən möhkəm dostluqlarımızı, ən münbit torpaqlarımızı onlarla bölüşməyək...

S.Nuruqızının yaradıcılığında müxtəlif əşyalara, oyuncaqlara, heyvanlara, təbiət ünsürləri və hadisələrinə xüsusi münasibət var. Əşyaların və təbiət ünsürlərinin obrazlaşdırılması əsərlərin bədiiliyini artırır, hadisələrin dərin qatlarının açılmasına yardımçı olur. Yazıçının, demək olar ki, bütün əsərlərində, o cümlədən “Zəfər nəğməsi Şuşa” kitabında bu qəbildən olan obrazlaşdırmalarla tez-tez rastlaşırıq. “Qaraqaya” hekayəsində insan vəhşiliyindən “nəğməsi dodağında donan” Qaraqaya, “Qaranquşların naləsi” hekayəsində Ç.Mustafayevin hönkürtüsündən sarsılan qaranquşlar, “Oyuncaq ayı balası” adı altında toplanan, Gəncə hadisələrində zərər çəkmiş uşaqlara həsr olunmuş hekayələrdə  “uşaqların... bu dünyanı qarış-qarış gəzib ədalət soraqlayacaq... göz yaşları”, “Edam” hekayəsində gözünü gördüklərindən ayıra bilməyən, edama aparılan uşaqların üstünə “bir ovuc su” çiləyən “canlı-cantaraq bulud”...

“Zəfər nəğməsi Şuşa” kitabı bütövlükdə şəhidliyin ağrı və qürur dolu elegiyasıdır. Bu kitabda Mübariz İbrahimovun nümunəsində düşüncələrdə dönüş yaradaraq zəfərin təməlini qoyan qəhrəmanlıq (“Cənnətdə”), öz canı bahasına komandirin həyatını xilas edən işıqçı Əliağanın, “Sizin balalarınız var” deyib düşmənin üstünə təkbaşına gedən 19 yaşlı Cəbrayılın nümunəsində qəhrəmanlığa bərabər fədakarlıq (“O, işıq idi”; “Söz”), nəğməsi “döyüş meydanından qanadlanan” Xudayarın nümunəsində şəhid olmuş istedadlar (“Sən nəğmə idin”), top gurultusu altında qızının gülüş və nəğməsini “eşidərək” gülümsəyən Bilalın nümunəsində şəhid atalar (“Şəhadətin zirvəsi – Vətən”)... təsirli boyalarla əks olunub.

“Hər kəsin bir Vətən adlı sevgilisi var... Hər kəs ona borcunu verməlidir...” (“Günəş, buludlar və Ağca”) deyir dəyərli yazıçımız və özü də oxucularına vətən sevgisi aşılayan əsərləri ilə bu borcu layiqincə verir.

Uşaqların və böyüklərin qəlbində nurlu gələcəyə inam yaradan Sevinc Nuruqızı bu il özünün yubiley yaşını qeyd edir. Sevimli yazıçımızı təbrik edir, sülh qoxulu, nikbin, sevgi və şəfqət aşılayan əsərlərini gözləyirik.

Sədaqət Əhmədova









VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031