Tramp rəqibi Harrisi axmaq və kinli adlandırdı
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə potensial rəqibi, Demokratlar partiyasının üzvü və ABŞ-ın hazırkı vitse-prezident Kamala Harrisi axmaq və kinli adlandırıb.
Qeyd edilir ki, Kamala Harrisin qərargahı isə vitse-prezidentin prokuror keçmişini xatırladaraq Trampı hüquqi təqiblə hədələyib.
“Vitse-prezident həyatını cinayətkarlara ədalətli hökm çıxarmaq üçün sərf edib və Donald Tramp da istisna olmayacaq. Kamala Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr etdiyi halda Donald Tramp yalnız özünü düşünüb”, - deyə Harrisin kampaniyasının nümayəndəsi Əmmar Musa bildirib.
ZÜMRÜD