"Onlar seçkiyə varlı namizədlərdən pul qoparmağa gedirlər" - tanınmış politoloq təhlil aparıb...
Bu il sentyabrın 1- ə təyin olunmuş seçkilərin imzatoplama kampaniyası hazırda davam edir.Tanınan,tanınmayan, şanslı, şanssız xeyli adamlar prosesə qoşulublar. Maraqlıdır ki, hətta bir çoxları seçilmək üçün zərrə şansa malik olmadıqları və seçilməyəcəklərini bu başdan bildikləri halda ,yenə də seçkiyə qatılıblar.Niyə bu addımı atıblar? Əksəriyyət bu qəbildən olanlar gənc də deyillər ki, deyəsən özlərini tanıdıb arenaya çıxmaq istəyirlər .Əksəriyyəti deyilən kimi " qos- qoca" ,saç - saqqal ağartmış , saç tökmüş adamlardı.Bəs niyə gedirlər?Tanınmış politoloqlarımızdan biri bu yöndə araşdırmalar apardığını dedi." Hələ tam adlar açıqlamayacağam. İmza kampaniyası bitsin, görək kimlər qalır, kimlər gedir " .Politoloq əmindir ki, heç bir şansı olmayan, tanınmış, seçilməyəcəyini bu başdan bilən iddialılar ancaq həmin dairədəki varlı və keçərli namizədlərdən pul qoparmaq üçün seçkiyə qatılıblar.
Maraqlıdır...Politoloq avqustun ilk on günlüyündə ,yəni namizədlərin qeydiyyat mərhələsi bitəndən sonra araşdırmalarını ictimaiyyətə təqdim edəcəyini bildirdi.
Namiq Quliyev