ÜST-dən XƏBƏRDARLIQ - Avropada İİV-lə yaşayan insanlar öz diaqnozlarından xəbərsizdir
Avropa regionunda İİV-ə yoluxmuş insanların dörddə birindən çoxu bu xəstəliyə tutulduqlarını bilmir və yoluxmuşların yarısı diaqnozu barədə çox gec xəbər tutur. TASS agentliyinin məlumatında deyilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuqe bildirib. Onun sözlərinə görə, Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən ÜST-nin Avropa Regionu İİV-ə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib:
“Tibbi baxımdan bizdə bütün lazımi vasitələr var. Bir şəxs HİV-ə görə yoxlanıldıqdan sonra, regionumuzun səhiyyə sistemləri diaqnozu təmin edə və demək olar ki, həmişə mövcud və pulsuz olan müalicəni təmin edə bilər. Niyə regionumuzda İİV-ə yoluxmuş insanların cəmi 72%-i öz statuslarından xəbərdardır? Üstəlik, onların 50%-i diaqnozunu çox gec öyrənir. Biz insanlara vaxtında çata bilmirik və bu tendensiya son on ildə də davam edir”.
Hans Klyuqe vurğulayıb ki, HİV hələ də bir çox insanın həyatı üçün təhlükə olaraq qalır.
Mətləb Salahov