Ermənilər ŞOKDA - Bob Menendez ABŞ Senatından uzaqlaşdırılır!
ABŞ Senatının İntizam Komitəsi ermənipərəst senator Bob Menendezin Senatdan uzaqlaşdırılması ilə bağlı proses başladıb. Belə ki, komitə rüşvətlə bağlı məhkəmə qərarından sonra onun barəsində daxili təhqiqat aparılmasına dair yekdilliklə qərar qəbul edilib. Komitənin yaydığı məlumata görə, məhkəmənin qərarı Menendezin qanunları və Senatın qaydalarını pozmasını araşdırmaq üçün əsas yaradır.
Bildirilir ki, məhkəmə prosesi tam yekunlaşdıqdan sonra komitə intizam qaydalarının icrası üçün Senata məsələ ilə bağlı araşdırma və tövsiyələri əks etdirən hesabat təqdim edəcək. Səsvermədən sonra Demokratlar Partiyasından olan senator Bob Menendezin istefa verməsi ilə bağlı təzyiqlərin artacağı gözlənilir.
Mətləb Salahov