Antoni Blinken 6 ölkəyə səfərə çıxır
ABŞ dövlət katibi Antoni Blinken 24 iyul-3 avqust tarixlərində Vyetnam, Laos, Yaponiya, Filippin, Sinqapur və Monqolustana səfər edəcək. Bu, onun Hind-Sakit okeanı regionuna sayca 18-ci səfəridir. Dövlət katibi Vyetnamda baş katib Nquen Fu Çonqun dəfn mərasimində iştirak edəcək. Laosda o, illik ASEAN-ABŞ Nazirlər Konfransı, Şərqi Asiya ölkələri xarici işlər nazirlərinin 14-cü Sammiti və 31-ci ASEAN Xarici İşlər Nazirlərinin Regional Forumunda iştirak edəcək.
Antoni Blinken və müdafiə katibi Lloyd Ostin Yaponiyada Xarici və Müdafiə Nazirləri Dialoqu (2+2) çərçivəsində həmkarları Kamikava Yoko və Kihara Minoru ilə görüşəcəklər. Həmçinin Tokioda Avstraliya, Hindistan, Yaponiya və ABŞ xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Mətləb Salahov