Ermənistan Qərb ölkələrindən yeni dəstəklər aldı- ABŞ, Avropa Birliyi Azərbaycana təzyiqi artırır....
"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Avropa Birliyinin Ermənistanla bağlı son qərarlarına dair paylaşım edib. A.Quliyev yazır: "Cəmi bir- iki günün içində Ermənistana beynəlxalq aləmdə verilən 3 böyük dəstək addımını birlikdə qısaca təhlil edək.
1. Avropa İttifaqının Sülh fondu Ermənistanın hərbi dayanıqlığının artırılması üçün ona 10 milyon avro yardım ayırdı. May ayında Macarıstanın baş naziri Orban bu qərarı ilk müzakirədə bloklamışdı və eyni yardımın Azərbaycana da ayrılmasını tələb etmişdi...Təəssüf, erməni lobbisi yenə üstələdi...Fransa hərbi texnika ilə təchiz edir, Avropa birliyi hərbi təyinatlı maliyyə yardımı ayırır...Özü də qisas niyyəti ilə yaşayan və sülh sazişini imzalamaqdan açıq şəkildə yayınan Ermənistana ....Nəticəni özünüz çıxardın...
2. ABŞ Dövlət Departamentinin məsul əməkdaşı bu gün Ermənistanın müdafiə nazirliyində müşavir kimi fəaliyyətə başladı. Olsun, formalda hər ikisi süveren dövlətlərdir və hər istiqamətdə əməkdaşlıq qura bilərlər. Bəs Ermənistanın sülh sazişi üçün çox vacib olan şərtləri icra etmədiyi bir vaxtda belə əməkdaşlıq nə qədər doğrudur? İndi ABŞ- ın Dövlət katibi Blinkenin sözlərinə necə inanaq ki, "Azərbaycanla Ermənistan saziş imzalamağa bu il daha da yaxınlaşıblar" ?
3. Avropa Birliyi Ermənistanla viza rejimini sadələşdirmək üzərində işə başladı. Yenə də öz süveren siyasətləridir, özləri bilər. Ancaq bu kimi addımlarla Ermənistanın sülhdən yayınma siyasətini bir az da ruhlandıra biləcəklərini avropalılar doğrudan dərk etmir ? Ola bilməz...
Nəhayət, biz aprelin 5- də Brüsseldə Blinken, Paşinyan, Makron və Şoltsun dördtərədəfli görüşdə əldə etdikləri "Ermənistanın dayanıqlığının artırılması" sənədinin gizli hərbi tərəflərinin icrasını görürük..."