Zelenski Ukrayna torpaqlarını Rusiyaya güzəştə gedir? - Kiyev merindən şok açıqlamalar...
Kiyev meri Vitali Kliçko İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, Zelenski tezliklə sülh naminə Moskva ilə ərazi güzəştinə getməli ola bilər.
"Önümüzdəki aylar Zelenski üçün çox çətin olacaq. Müharibəyə daha çox ölüm və dağıntı ilə davammı edəcək, yoxsa Putinlə regional barışığı düşünəcək? Əgər belədirsə, Tramp qalib gəlsə, Amerikadan hansı təzyiq olacaq? Minlərlə qəhrəman əsgərimizin həyatı bahasına başa gələn torpaqlarımızın bir hissəsindən imtina etməyimiz gərəkdiyini ölkəyə necə izah edə bilərik? – deyə Kliçko bildirib.
“Gəlin düzgün danışaq: biz müharibədə qalib gəlməliyik, amma vəziyyət getdikcə çətinləşir, bu, müttəfiqlərin köməyindən asılıdır və əgər biz daha iki il döyüşməli olsaq, bu, kabus olardı. Zelenski referenduma getmək məcburiyyətində qala bilər. Xalq tərəfindən razılaşdırılmadan, belə ağrılı və mühüm razılaşmalara təkbaşına gedə biləcəyinə inanmıram. Prezidentimiz hansı addımı atırsa atsın, siyasi intiharla üz-üzədir".
Kliçkonun sözlərinə görə, Zelenskinin seçimlərindən biri İsrailin 7 oktyabrda HƏMAS-ın hücumundan sonra etdiyi kimi, milli etimad hökumətinin formalaşdırılması ola bilər: “Amma mən əmin deyiləm ki, Zelenskinin əlində olan mərkəzi hakimiyyətdən imtina etməyə hazırdır”.
TAHİR