KÖHNƏ VERSİYA            

ABŞ prezident seçkilərində dalbadal şok yeniliklər yaşanır...

Image

ABŞ prezidenti Co Bayden noyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini elan edərək, vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının prezidentliyə namizədi kimi dəstəklədi. Həftələr ərzində zehni vəziyyəti ilə bağlı suallara müqavimət göstərən və prezidentlik yarışından çəkilməyəcəyini deyən prezident Co Bayden noyabr seçkilərində namizəd olmayacağını elan etdi. 

Baydenin yaydığı bəyanatda bu xüsusda deyilir: “Sizə prezident kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub”.

Bayden namizədlikdən çəkilərək, geri qalan müddətdə ABŞ prezidenti vəzifəsinə fokuslanmağın Demokrat Partiyasının və ölkəsinin marağında olduğuna inandığını bildirib. O, sosial media paylaşımında partiyanın namizədliyi üçün Harrisə dəstək verdiyini elan etdi. ABŞ prezidenti onun ikinci dəfə seçilməsinə çalışanlara və vitse-prezident Kamala Harrisə gördüyü işə görə təşəkkürünü bildirib. Son vaxtlar səhhətində yaranan problemlərə görə Demokrat Partiyasının nüfuzlu üzvləri və donorları arasında narahatlıq yaranmışdı ki, o bu durumda Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı məğlub edə bilməz. Xüsusən bir neçə həftə əvvəl Trampla debatda daha zəif göründüyü üçün onun seçki marafonundan çəkilməsi ilə bağlı çağırışlar artmışdı. Bu fonda sosial mediada öz partiyadaşlarına müraciətində Bayden builki seçkilərdə prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyib. O bildirib ki, Harrisi 4 il əvvəl özünə vitse-prezident seçməklə özünün ən yaxşı qərarını vermis olub. İndi isə onun prezidentliyə namizəd olmasını istəyir: “Demokratların bir araya gəlib Trampı məğlub etmək vaxtıdır”. Beləliklə, ABŞ-da prezident seçkisinə təxminən 100 gün qalmış Co Bayden marafondan çıxıb və Kamala Harrisi Demokrat Partiyasının namizədi kimi dəstəkləyib. Qeyd edək ki, iyunun 27-də rəqibi, respublikaçıların namizəd Donald Trampla debatda zəif, bəzən çaşqın görünən 81 yaşlı Baydenin fiziki və zehni durumu ilə bağlı suallar yaranmışdı. Avqustun 9-21-də Demokrat partiyanın milli qurultayı keçiriləcək. Bir çox demokratlar, o cümlədən keçmiş prezident Bill Klinton Harrisin Demokratlar partiyasından namizəd olmasını dəstəkləyib. Ancaq Harrisin partiyadan namizəd olmaqda hansısa əngəllərlə üzləşib-üzləşməyəcəyi bəlli deyil. Demokrat Milli Komitəsinin sədri Ceym Harrison deyib ki, partiya tezliklə nominasiya prosesilə bağlı şərh verəcək. Onu da qeyd edək ki, Bayden son 50 ildən artıq bir müddətdə partiyadan namizəd olmaqdan imtina edən ilk vəzifədə olan ABŞ prezidentidir. Corc Vaşinqton Universitetində tarixçi və siyasi elmlər professoru Metyu Dallek bildirir: “Əsas məsələ odur ki, Harrisi bir sıra səbəblərdən siyahıda birincilikdən uzaqlaşdırmaq çox çətin olacaq. O, Baydenin dəstəyini alıb. Onun indi kampaniya infrastruktura və kampaniya dollarlarına çıxışı ola bilər. O, dörd ildir vitse-prezidentdir. Çox vaxt qalmayıb. Fikrimcə, Demokrat partiyasının ilk afroamerikalı qadın vitse-prezidenti namizəd kimi ağdərili kişi ilə əvəzləməsi çox çətin ola bilər”. Demokratlar hazırda seçkini uduzmağın çox şeyə, hətta demokratiyanın özünə də risq yaratdığını deyirlər. Çünki 2017-2021-ci illərdə prezident olan Tramp NATO-nun birliyinə zərbə vurub, Ali Məhkəmədə siyasi spektrin sağ qanadının çəkisini artırıb, 2020-ci ildə seçkinin nəticələrini dəyişməyə çalışıb. İndi Respublikaçı liderlər dərhal Harrisə Bayden administrasiyası siyasətindən dolayı hücuma keçiblər. Demokratların namizədi seçilərsə, keçmiş prokuror və Kaliforniyadan senator olan 59 yaşlı Harris qaradərili qadın kimi ölkə tarixində ilkə imza atacaq. O, administrasiyada immiqrasiya, seçki hüquqları, reproduktiv hüquqlar kimi bir sıra məsələlərlə məşğul olub. Üç il vəzifədə olduğu müddətdə xaricə azı 12 səfər edib, 150-yə yaxın liderlə görüşüb. O, ötən ay İsveçrədə Ukrayna sülh samitində Birləşmiş Ştatları təmsil edib. Demokratlardan digər mümkün namizədlər kimi Kaliforniyanın qubernatoru Gevin Nyusom, Miçiqandan Qreçen Vitmer, Pensilvaniyadan Coş Şapiro, İllinoysdan Con Pritskerin adları çəkilir.

Harrisin də reytinqi Bayden kimi o qədər də yüksək deyil. Ancaq ekspertlərin fikrincə, onu bir çox amerikalılar yaxşı tanımır, ölkə boyunca seçki tədbirlərində imicini yaxşılaşdıra bilər. Harris özü isə noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədliyi irəli sürmək niyyətindəyəm. Seçkilərə qədər 105 günümüz var. Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik". Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid isə qeyd edir ki, Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək: “Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik”. O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib: “Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub”. Donald Trampın oğlu Baydenin seçki yarışından geri çəkilməsini şərh edərkən bildirib: “Kamala Harris Amerika lideri Co Baydendən də səriştəsizdir. Yeganə fərq ondadır ki, Harris Codan daha liberal və daha az bacarıqlıdır və bu, həqiqətən nəsə deyir. Ona sərhədi mühafizə etmək tapşırılıb, amma biz tariximizdə qeyri-qanuni mühacirlərin ən dəhşətli işğalının şahidi olduq”. Donald Tramp özü də məsələyə münasibət bildirib: “Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq. Cozef Bayden Birləşmiş Ştatların ən pis prezidenti olub. ABŞ onun dövründə çox əziyyət çəkib və Bayden ikinci müddətə namizəd olmağa layiq deyil. Ətrafındakı hər kəs, o cümlədən həkimi və mediası bilirdi ki, o, prezident olmağa yaramır”. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031