KÖHNƏ VERSİYA            

Sülh üçün Azərbaycandan Ermənistana mühüm təklif... COP29-a qədər önəmli yeniliklər ola bilər

Image

Rəsmi Bakı yüksək səviyyədə bəyan edib  ki, Azərbaycan və Ermənistan daha geniş razılaşmanın müzakirəsini davam etdirən zaman gələcək sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı sənəd imzalamağı müvəqqəti tədbir kimi təklif edir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev süıh sazişinin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın Qarabağın müstəqilliyinə dolayı istinadı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını bir daha vurğulayıb.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində prezident İlham Əliyev qeyd edib: “Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni praktiki baxımdan, mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir. Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi”. Hər iki tərəf sülh sazişində irəliləyiş əldə etməyə çalışır. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev “Reuters” agentliyinə əsas prinsiplərə dair sənədin müvəqqəti tədbir kimi qiymətləndirilə biləcəyini, ikitərəfli münasibətlərin əsasını təşkil edə və iki ölkə arasında qonşuluq münasibətlərini təmin edə biləcəyini bildirib. Hacıyev əlavə edib ki, sənəd noyabrda Azərbaycanda COP29 iqlim sammiti keçirilənə qədər imzalana bilər. Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında Azərbaycanla sülh müqaviləsinin tamamlanmaq üzrə olduğunu, lakin ölkəsinin konstitusiyasını dəyişdirmək tələblərini qəbul etməyəcəyini bildirib. Bu açıqlamalardan sonra, kəndlərin Azərbaycana qaytarılması da daxil olmaqla, onun siyasətini pisləyən və istefasını tələb edən etirazlar dalğasının növbəti aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaranmışdı. İyulun 5-də Ermənistanın Konstitusiya günündə Paşinyan bildirib ki, ölkənin “insanların yaratdığı, qəbul etdiyi, orada yazılanların onların yaratdığı dövlət haqqında və bu dövlətdə insanlar və vətəndaşlar arasında münasibətlər haqda təsəvvürlərini əks etdirən” yeni konstitusiyaya ehtiyacı var. Bu arada qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Hikmət Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib: “COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”. O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Bununla yanaşı,  prezidentin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır: "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır". 

Baş verənləri şərh edən  Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi müsbət istiqamətdə gedir: "Yəqin ki, noyabrda COP29-da sülh müqaviləsi imzalamaq olardı. Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri kifayət qədər yüksəkdir. Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır. Artıq iki ölkə arasında 12 km sərhədin demarkasiyası həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndlərini Azərbaycana qaytarıb. Deyə bilərik ki, ikitərəfli sülh prosesi də Ermənistanın istəyi ilə gedir. Əminəm ki, respublikanın hakimiyyət orqanları da Azərbaycana qarşı bütün ərazi iddialarını ölkə Konstitusiyasından çıxaracaq, Azərbaycanın tələb etdiyi budur”. O bildirib ki, prinsipcə, Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir: “Baxmayaraq ki, vaxtaşırı Ermənistan hökumətinin nümayəndələri Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanması prosesinin heç bir əlaqəsi olmadığını deyirlər. Bunun fonunda Ermənistanın baş naziri vaxtaşırı deyir ki, ölkə Konstitusiyasının həqiqətən də dəyişdirilməsi lazımdır, çünki bu, reallıqlara cavab vermir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir. Düşünürəm ki, Paşinyan hər şeyi xalqa necə təqdim edəcəyini və vəziyyətdən necə çıxacağını tapacaq. Hər halda, Ermənistan üçün Azərbaycanla sülh imzalasa, bu, daha yaxşı olar. Ölkə həyatında yeni səhifə açılacaq”. İndilikdə politoloqlar Azərbaycanla Ermənistan arasında ümumi müddəları əhatə edən çərçivə sazişinin imzalanmasını vacib hesab edir. Çünki bu halda sərhədlər açıla, delimitasiya prosesi davam etdirilə bilər. Ermənistan bu fonda Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. Eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlər tənzimlənəndən sonra erməni ictimai rəyi konstitusiya və referendumun keçirilməsini dəstəkləyəcək. Yalnız o zaman Ermənistan konstitusiyadakı ərazi iddiaları ilə bağlı müddəaları çıxara biləcək. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bu xüsusda qeyd edir ki, Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanması üçün bütün səylərini göstərir: "Ümid etmək istərdim ki, Ermənistan tərəfi də buna eyni addımlarla cavab verəcək. Amma Ermənistanın baş nazirinin Azərbaycan prezidenti İlham Əliyevlə Londonda görüşməkdən imtina etməsi düşünülmüş və çox da perspektivli mövqe deyil". 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031