KÖHNƏ VERSİYA            

Prezident Qarabağ prosesi boyunca şəxsi emosiyalarını idarə etməsəydi...

Image

Sahil İsgəndərov: “Azərbaycan Prezidentinin soyuqqanlı, təmkinli davranışı son nəticədə bizim bütün müstəvilərdə qələbəmizin bir növ əsas şərti oldu”

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.

Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar apardığını xatırladan Prezident Əliyev qeyd edib: “Baxmayaraq əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”.

Prezident dedi ki, mən prezident olaraq bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim.

Prezidentin təmkinli, soyuqqanlı siyasəti münaqişənin həllində necə rol oynadı?

“...Ölçülüb-biçilməmiş qərar vermək son nəticədə heç vaxt xalqa və dövlətə xeyir gətirmir, əskinə, ziyan vurur” 

Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əlbəttə, Azərbaycan Prezidentinin 2-ci Şuşa Qlobal Media Forumunda təmkinliliklə, soyuqqanlılıqla bağlı dediyi ifadələrə məhz yalnız bu günün yox, ümumiyyətlə onun hakimiytyətdə olduğu illərin ümumi kontekstində baxılmalıdır. “Prezidentin səsləndirdiyi fikirlər bu prizmadan nəzərdən keçirilməlidir. Bəli, həqiqətən də, strateji düşüncəyə malik olan siyasətçilər daim öz soyuqqanlılıqlarını qoruyub saxlamalıdırlar və onların soqyuqqanlılığı, təmkini dövlətin, dövlətçiliyin qorunub saxlanılması, inkişafı kontekstində xalqa yalnız xeyir verə bilər. Çünki emosionallıq, tələskənlik, vaxtından tez hansısa bir məsələyə reaksiya vermək, onunla bağlı düşünülməmiş, ölçülüb-biçilməmiş qərar vermək son nəticədə heç vaxt xalqa və dövlətə xeyir gətirmir, əksinə, ziyan vurur. Bəşər tarixində bu cür nümunələr kifayət qədərdir. 

Məsələn, Qarabağ münaqişəsinin həll olunması və nəhayət ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi məsələsinə bunu şamil edəndə  soqyuqqanlı, təkminli olmağın nəticəsi aydın görünür. Azərbaycan Prezidenti hakimiyyətə gəldiyi ilk gündən, ondan da hələ əvvəl ulu öndər Heydər Əliyev Azərbaycanda qüdrətli bir müdafiə ordusunun, Azərbaycanın itirilmiş ərazilərini işğaldan azad etməyə qabil olan bir ordunun yaradılmasına başlayıb. Yeri gəlmişkən, Azərbaycan ordusunun gücü, qüdrəti ilə bu tarixi vəzifənin öhdəsindən gəlmək imkanı 2020-ci ildə yaranmamışdı, o çox-çox əvvəl yaranmışdı. Görün, neçə il əvvəl 2016-cı ilin Aprel döyüşləri də bunu sübut etdi ki, Azərbaycan ordusu  işğalda olan ərazilərini azad etməyə tam hazırdır. Amma məsələ nədədir? Müasur dövrdə bütün müharibələr ilk növbədə döyüş meydanında yox, ondan əvvəl siyasi müstəvidə, siyasi meydançalarda həll olunur. Yəni ilk növbədə sən diplomatik, siyasi uğurların kontekstində döyüş meydanında qalib gəlməyin üçün zəmin hazırlamalısan. Bu da o deməkdir ki, sən həm regional dövlətdə, həm beynəlxalq arenada söz sahibi olan güc mərkəzləri kontekstində, yəni artıq bu müharibənin udulmasına zəmin yaratmalısan. Bu baxımdan ki,  artıq digər ölkələrin güc mərkəzlərinin sənə qarşı   həm siyasi, həm də açıq şəkildə hərbi təzyiqinin neytrallaşdırılması üçün ilk növbədə sən siyasi müstəvidə bu qələbəni hazırlamalısan. Bu nöqteyi-nəzərdən, məhz soyuqqanlılıq və təmkinlilik strateji düşüncəyə malik olan dövlət başçısına xas olan bir xüsusiyyətdir”.

S.İsgəndərovun sözlərinə görə, ilk növbədə bunun siyasi təməlini hazırlamaq üçün dövlət başçısı soyuqqanlı, təmkinli olmalıdır. “Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, mən nəyi nə vaxt etməyin lazım olduğunu bilirəm. Yəni mən bunu bilirəm, ölçüb-biçirəm. Əsas məsələ budur. Cənab Prezidentin səsləndirdiyi bu bəyanata həmin prizmadan yanaşılmalıdır. Konkret olaraq Azərbaycanın İkinci Qarabağ savaşını udmasında belə yanaşmanın nə dərəcədə düzgün olduğunu, yəni strateji düşüncəyə malik siyasətçiyə xas bir addım, səciyyə olduğunu gördük. İkinci tərəfdən, müstəqil politoloq kimi məni götürsəniz, mən müstəqil politoloq olaraq öz hissimi, emosiyamı, fikrimi istənilən vaxt istənilən səviyyədə göstərə bilərəm. Yəni müstəqil politoloq kimi, yeri gələndə öz fikrimi emosional, yaxud sakit şəkildə də deyə bilərəm. Çünki mən təkcə özümə görə cavabdehəm, məsuliyyət daşıyıram. Amma dövlət başçısı, indiki halda cənab İlham Əliyev dövlət və bütün xalq üçün məsuliyyət daşıyır. Ona görə də onun emosional reaksiyası, yaxud bu və digər şəkildə öz hisslərini cilovlaya, təmkini nümayiş etdirə bilməməsi yalnız onun üçün acı nəticələrə gətirib çıxara bilməz, bütövlükdə Azərbaycan xalqı və dövləti üçün çox neqativ nəticələrə gətirib çıxara bilər. Ona görə də, əlbəttə, soyuqqanlılıq və təmkinlilik bütün müstəvilərdə, istər onun müdrik bir siyasətçi kimi diplomatik siyasi müstəvilərdə, istərsə də, Ali Baş Komandan kimi hərbi müstəvidə ən nəzərəçarpan xüsusiyyətlərindəndir. Məsələ burasındadır ki, dövlət başçısından və Ali Baş Komandandan da həmişə bu xüsusiyyət tələb edilir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin soyuqqanlı və təmkinli olması İkinci Qarabağ müharibəsində bizim qələbəmizin təməlinin qoyulmasında, onun bazasının hazırlanmasında böyük rol oynayıb”. 

S.İsgəndərov bildirdi ki, 2010-cu illərin əvvəllərindən başlamış gənclərlə, tələbələrlə görüşdə, ali məktəb auditoriyalarında gənclərdən bizim bu cür güclü ordumuz olduğunu, Ali Baş Komandanın əmrini gözlədiklərini eşidirmişlər. “Gənclər deyirdi ki, nəyə görə Ali Baş Komandan bu əmrin verilməsini gecikdirir, ləngidir, biz erməniləri bəlkə də bir göz qırpımında məğlub edə bilərik. Həmişə deyirdim, siz cavansınız, cavanlara da həmişə maksimalizm xas olur, amma yaddan çıxarmayaq, Azərbaycan Prezidenti gündə 5 min, bəlkə də daha çox kanalla beynəlxalq siyasi konyunktura kontekstində məlumatlar alır, o çox gözəl bilir ki, o müharibə, o hücum əmri nə vaxt verilə bilər. Yəni torpaqlarımızın azad olunması ilə bağlı o hücum əmrinin nə vaxt veriləcəyini o çox gözəl bilir. Çünki dövlət başçısı kimi onun düşünülməmiş, tələsik, götür-qoy edilməmiş qərar vermək ixtiyarı yoxdur. O bunların hamsını gözəl başa düşür. Çünki yalnız strateji düşüncəyə malik olan dövlət başçısı, Ali Baş Komandan müdrik bir addımdan, müdrik bir hərəkətdən, ölçülüb-biçilmiş bir qərardan sonra həmin əmri verir. Gənclərə də həmişə deyirdim ki, narahat olmayın, belə bir gün gələcək, sadəcə ilk növbədə siyasi, diplomatik səviyyədə qələbənin təməli qoyulmalıdır. Bunun da biz şahidi olduq. Bəli, bu baxımdan Azərbaycan Prezidentinin soyuqqanlı, təmkinli davranışı son nəticədə bizin bütün müstəvilərdə qələbəmizin bir növ əsas şərti oldu” - deyə S.İsgəndərov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031