Gürcüstanın Tramp ümidi - "qalib gəlsə, bizə qarşı münasibət də dəyişəcək..."
Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
“İlk növbədə, əlbətdə biz heç kimin seçkilərinə müdaxilə edə bilmərik. Üstəlik, bu böyüklükdə ölkənin, ABŞ-ın prezident seçkilərinə heç bir şəkildə müdaxilə edə bilmərik, bu, bizim işimiz deyil. Deyilə biləcək yeganə şey odur ki, Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək. Regionda sülh olsa, Gürcüstana yönəlik münasibət də dəyişəcək. Bu, bununla bağlı deyilə biləcək yeganə şeydir. Qalanı Amerika xalqının seçimidir. ABŞ Prezidentinin kim olacağına Amerika xalqı qərar verməlidir” – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Bayden 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkib və Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp isə qeyd edib ki, “Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq”.
TAHİR