"Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb" - Abbas Abbasov
Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə bu gün Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.
O qeyd edib ki, BTQ bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcək, koloniyaların müstəqillik mübarizəsinə dəstək göstərəcək.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.