Erməni lobbisi Kamala Harrisi səslərlə şantaj etməyə başladı...
Kamala Harris hələ dünən ABŞ prezidentliyinə namizədliyini açıqlayıb ki, artıq bu gün ABŞ-dəki ən böyük erməni lobbi təşkilatı olan "ANCA" onu və bütün Demokratlar Partiyasını hərfiyyən şantaj edir.
Trend xəbər verir ki, təşkilat Harrisə qarşı "ultimatum" irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər.
Ermənilər yenə eyni köhnə mahnını oxuyurlar - Azərbaycana qarşı hansısa "sanksiya"lar tələb edirlər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-nin rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər. Bu missiyanın məqsədi heç ermənilərin özünə aydın deyil.
"ANCA" dəfələrlə və açıq şəkildə bildirib ki, ermənilərin səsləri hərracda satılan maldan başqa bir şey deyil. Təşkilat seçki kampaniyasının lap əvvəlindən demokratlara və respublikaçılara ermənilərin dəstəyini ala biləcəkləri ştatları müəyyən etməyə imkan verən "swing state" adlı layihə başladıb. İndi aydın olur ki, burada demokratlar qalib gəliblər - bu yaxınlarda Nümayəndələr Palatasında ermənilərin ən yaxın dostu Adam Şiffin və digər 47 konqresmenin adından dərc edilmiş "məktub"u yada salaq. Belə ki, məktub 2023-cü ildə Qarabağı tərk etmiş ermənilərə dəstəyi gücləndirməyə çağırırdı.
Lakin ABŞ erməniləri Kamala Harrisə qarşı açıq şantajla son vicdan qalıqlarını itirdilər. Səslərlə şantaj erməni lobbisinin çoxdankı strategiyasına çevrilib. Bəs bu strategiya bu dəfə özünü doğruldacaqmı? Demokratlar buna necə reaksiya verəcəklər? Bunu zaman göstərəcək.