"Dezinformasiya xəstəlik kimidir" - ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti
"Dezinformasiya xəstəlik kimidir. Düzünü desəm, dərmanı olmayan bir epidemiyaya bənzəyir. Təəssüf ki, bu gün texnologiyanın inkişafı belə dezinformasiyanın qarşısını ala bilmir. Buna görə də bu forum son dərəcə vacib zamanda keçirilən bir tədbirdir."
Bunu jurnalistlərə müsahibəsində 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak söyləyib. Süni zəka texnologiyalarının siyasətçi və ya dövlət başçısına aid saxta müsahibə yaratmaq bacarığını diqqətə çatdıran Paolo von Şirak bu cür xəbərlərin investisiya, böyük studiyalar olmadan geniş şəkildə yayıldığını deyib: “Bunu üçün də tənzimləmə olmalıdır. Hökumətlər qanunlarla müdaxilə etməlidir. Beynəlxalq konvensiyalar olmalıdır və bu işdə biz hamımız iştirak etməliyik”.
Mətləb Salahov