Bu Qərb ölkələri məcburi hərbi xidmət tətbiq edəcəklər - CNN
Bir çox Qərb ölkələri Rusiya ilə qarşıdurmaya hazırlaşmaq üçün məcburi hərbi xidmətin tətbiqi imkanlarını nəzərdən keçirir. Bu barədə CNN telekanalı məlumat yayıb.
Xatırladıb ki, Latviya cari ilin yanvarın 1-dən məcburi hərbi xidməti bərpa edib. Digər NATO üzvü olan Norveç aprel ayında müdafiə büdcəsinin iki dəfə artırılmasını və silahlı qüvvələrin 20 mindən çox çağırışçı ilə gücləndirilməsini nəzərdə tutan uzunmüddətli planını təqdim edib.
Mətləb Salahov