Bu məşhur futbolçu da Ərəbistan yolçusudur....
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna keçməyə yaxındır. "Daily Mail" nəşrinin yazdığına görə, hazırda İngiltərə və Səudiyyə klubları 33 yaşlı futbolçunun transfer qiyməti ilə bağlı danışıqlar aparır.
K.D Brüyne 2015-ci ilin yayından “Mançester Siti”də çıxış edir.Belçikalı oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Ötən mövsüm De Brüyne klubla bütün turnirlərdə 26 matçda 6 qol vurub və 18 qolun ötürməsini verib.
Mətləb