Baydenin geri çəkilməsinə Rusiyadan reaksiya - gizli sövdələşmələr araşdırılmalıdır...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi namizədliyini geri götürdüyünü açıqlayan ABŞ prezidenti Co Baydenlə bağlı açıqlama verib.
Zaxarova deyib ki, Baydenin seçki yarışından geri çəkildiyinə dair yazılı açıqlamasından sonra atılacaq növbəti addım, ictimai rəyi manipulyasiya edərək və siyasi partiyanın yanında dayanaraq Baydenin səhhəti ilə bağlı faktları gizlədən ABŞ mediası və siyasi dairələrinin gizli sövdələşməsini araşdırmaq olmalıdır.
Baydenin namizədliyini geri götürməsinə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov isə, Rusiya prezidenti Putinin daha əvvəl Baydenin Rusiya üçün proqnozlaşdırıla bilən namizəd kimi üstünlük təşkil etdiyini söylədiyini xatırladıb və bildirib ki, seçkilərə hələ 4 ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun bir müddətdir: “Səbirli olmaq və bundan sonra nə olacağını diqqətlə izləmək lazımdır. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdır".
TAHİR