Azərbaycan Ermənistanı da COP29-a dəvət edib - Hikmət Hacıyev açıqladı
Azərbaycan Ermənistanı СОР29-a dəvət edib. Trend-in “The National”-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.
Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: "Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".