Şimali Kipr Türk Cümhuriyyətini Türkiyədən sonra müstəqiı dövlət kimi ilk tanıyan ölkə biz - Azərbaycan olaq. Niyə də yox?!.
"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Şimali Kipr Türk Cümhuriyyəti barədə paylaşım edib. A.Quliyev yazır: "Qardaş ölkənin parlamenti dünən xilaskar Türkiyə ordusunun 1974- cü ildə adaya çıxarılaraq yunan zülmünə son qoyulmasının 50 illiyi ilə bağlı dünya dövlətlərinə müraciətində bu xahişi etdi.
Türkiyə Azərbaycanın müstəqilliyini 1991- ci ildə tanıyan ilk dövlət olmuşdu.Azərbaycan olaraq boynumuzda Türkiyənin haqqı var.Borcumuzu qaytaraq və Kipri tanıyaq .Artıq bəzi addımları atmışıq.Məsələn, Şimali Kipri Türk dövlətləri Təşkilatına müşahidəçi statusda Azərbaycan dəvət edib, Təşkilatın qeyri- rəsmi Şuşa zirvəsinə dəvət etmişik.Yarıyolda dayanmayaq.
Haydı, daha bir addım və Şimali Kiprin BMT- də 193- cü dövlətə çevrilməsinə təkan verək..."