ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış - özünüzü təhlükəyə atmayın...
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.
ANAMA-dan verilən məlumatda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsinin, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmasının və bələd olmadıqları ərazilərə daxil olmamasının vacibliyi vurğulanıb. Müraciətin mətnini təqdim edirik:
• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!
• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!
Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Səməndər Əliqəmə oğlu Məmmədov isə qəlpə yaraları alıb. Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Rahim Əşrəf oğlu Qaraşov ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
ZÜMRÜD