Mehdi Sübhani: "Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik"
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. Trend xəbər verir ki, bu barədə İranın Ermənistrandakı səfiri Mehdi Sübhani İranın "SNN" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir.
"Regiondakı məsələlər region daxilində həll olunmalıdır, çünki onların nəticələri ABŞ kimi xarici ölkələrə deyil, region ölkələrinə yönəlib", - deyə səfir əlavə edib.