KÖHNƏ VERSİYA            

Vüqar Rəhimzadə: Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir

Image

2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Bu yeni dövrün ilk mühüm və qürurverici hadisəsi isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilər 20 ilin hesabatı, verilən bütün vədlərin reallıqda öz əksini tapmasının təqdimatı oldu. Təbii ki, yeni dövrün öz hədəfləri olmalıdır. Dövlət başçısı İlham Əliyev  növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfləri açıqladı. Bu mühüm çağırış diqqətə çatdırıldı ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.  

Qarşıdakı dövrün hədəfləri sırasında bu mühüm məqam da xüsusi qeyd edildi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv,   120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməz, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük  İkinci Qarabağ müharibəsi, həmçinin lokal  antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət ölkəmizi dəstəklədi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz qabağındadır. Reallıq budur ki, tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək  hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin iyul ayı ərzində Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir.  Qarşılıqlı səfərlərin  davamlılğı, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə fəxri qonaq qismində iştirakı, tədbirlər çəçivəsində qarşı tərəflərin müraciətləri əsasında görüşlərin keçirilməsi, günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, Azərbaycanın, eyni zamanda, onun döyünən ürəyi, Qarabağın tacı Şuşanın  diplomatik mərkəzə çevrilərək beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi və sair kimi biri-birindən mühüm hadisələr iyul ayında ölkə və dünya mətbuatında geniş müzakirə edilən mövzulardandır.  Dövlət başçısı cari ilin hədəfləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edərkən Türk Dövlətləri Təşkilatı daxilində səylərimizin daha da artırılacağını bildirmişdi. İyul ayında Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təçkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bunun təsdiqi oldu. Qeyri-rəsmi Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Həmin Zirvə görüşündə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin türk dünyasının birliyinə, regionda və dünyada əməkdaşlığa, sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin hər bir addımı, təşəbbüsü bu reallığın  nümayişidir - Bizim ailəmiz Türk dünyasıdır.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricilərindən biri  kimi Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakını qeyd edə bilərik. İyulun 3-4 tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkədə səfərdə olan Prezident İlham Əliyevin  Zirvə görüşü çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. Astanada Rusiya Prezidenti ilə keçirilən görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın möhkəmlənməsi üçün  yeni imkanların yaranması, Çinlə imzalanan sazişlər bunun bariz nümunəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində dəvət olunurdu. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Əvvəldə də qeyd etdiyimiz kimi,  2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının təsdiqidir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,  dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən ölkəmizin rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm  imkanlar təqdim edir. Bu baxımdan  Prezident İlham Əliyevin  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd,  Macarıstanın Baş naziri Viktor Orban, Litva  Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və  Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşləri oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, enerji sahəsində  müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq  Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə  qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.    Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.

YAP Xətai rayon təşkilatının sədri ölkəmizin  iyul ayında  mühüm xarici siyasət uğurları sırasında dövlətimizin başçısı İlham Əliyevin Pakistana dövlət səfərinə də diqqəti yönəldib. Vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarının yaranması üçün mövcud imkanlar yüksək dəyərləndirilir. Bu baxımdan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüşün keçirilməsi  əhəmiyyəti ilə diqqətdədir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə əsas verir. Bu sırada  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində  "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin keçirilməsini də xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycanın  Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təqdimatıdır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimizdən  sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda,  ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.








VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

22.11.2024 | 16:15
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

22.11.2024 | 16:10
“Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir” - Vüqar Rəhimzadə

22.11.2024 | 16:07
Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək

22.11.2024 | 15:50
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

22.11.2024 | 15:49
"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"

22.11.2024 | 15:35
ABŞ Ukrayna və müttəfiqlərinə xəbərdarlıq etdi - Rusiya eksperimental silahlardan istifadə edə bilər...

22.11.2024 | 15:30
"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok

22.11.2024 | 15:16
Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…

22.11.2024 | 15:03
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930