KÖHNƏ VERSİYA            

London siyasi sammitində Paşinyanın yalanını kim təkzib etməlidir?..

Image

Abutalıb Səmədov: “Əgər ortada vasitəçilər olubsa və söhbət kiminsə şahidliyi ilə aparılıbsa, onlar da bu yalanı təkzib etməlidirlər”

Məlum olduğu kimi, Avropa Siyasi Birliyi (İcması) sammiti çərçivəsində Böyük Britaniyanın baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş  keçirilməsi nəzərdə tutulsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezideni İlham Əliyevlə görüşdən imtina edib. 

Bununla bağlı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında “Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münhen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi” - deyə bildirib. 

H.Hacıyev, həmçinin bildirib ki, mətbuatın “Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu baş tutacaqmı?”, - sualını cavablandırarkən “Görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk...”-deyib. 

Bütün həqiqətlər ortada olduğu halda, Ermənistan tərəf bu dəfə də məsələni saxtalaşdırıb, təhrif edib. 

Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan mətbuata açıqlamasında iddia edib ki, Ermənistan tərəfi Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib.

O iddia edib ki, guya London görüşündən Azərbaycan tərəfi imtina edib. “Ermənistan tərəfinin təklifi etibarlıdır. Erməni tərəfi də ən yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini təsdiqləyir” – deyə Badalyan deyib. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də, xarici işlər naziri Ceyhun Bayramov da bəyan ediblər ki, London görüşündən Ermənistan imtina edib. Amma Ermənistan tərəf yenə də faktları təhrif etməklə məşğuldur və belə rəy yaratmağa çalışırlar ki, guya görüşü Azərbaycan tərəf istəməyib. 

London siyasi sammitində Paşinyanın yalanını kim təkzib etməlidir? 

“Ancaq çox güman ki, ortada vasitəçi, şahid olmadığına görə Ermənistan tərəf belə asanlıqla yalan danışmağa cəhd edir” 

 “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə  şərhində  “Əgər ortada vasitəçilər olubsa və söhbət kiminsə şahidliyi ilə aparılıbsa onlar da bu yalanı təkzib etməlidirlər. Ancaq çox güman ki, ortada vasitəçi, şahid olmadığına görə Ermənistan tərəf belə asanlıqla yalan danışmağa cəhd edir. Yəni bunu, çox güman ki, heç kim təkzib edə bilməyəcək. Ona görə, fikrimcə, belə rahatlıqla yalan danışmağın kökündə duran da budur ki, şahid yoxdur. Çox güman ki, bu belədir. Olsaydı, yəqin ki, indiyə qədər təkzib edərdilər. Bu səbəbdən yeganə çıxış yolu ya indi, ya da yaxın müddətdə görüş təşkil etməkdir”-deyə bildirdi.   

A.Səmədovun sözlərinə görə, Ermənistan rəsmiləri yalan danışmağı artıq öz həyat tərzlərinə çeviriblər. “Ermənistanın rəsmi şəxslərinin yalan danışması birinci dəfə deyil. Onlar dəfələrlə bu cür davranış sərgiləyiblər. Yəqin bundan sonra da eyni xətti davam etdirəcəklər. Azərbaycan tərəfinin görüş təklifini əvvəlcə rədd edirlər, sonra da günahı qarşı tərəfin üstünə yıxmağa çalışırlar və iddia edirlər ki, görüşdən Azərbaycan nümayəndələri imtina edib. Bununla da sülh sazişinin imzalanmasının ləngidilməsinin əsas günahkarı olduqlarını ört-basdır etməyə cəhd göstərirlər. Ancaq prosesi izləyənlər yaxşı bilir ki, sülh sazişinin bu qədər ləngiməsinin əsas günahkarı Ermənistan tərəfidir. Onu artıq gizlətmək mümkünsüzdür. Azərbaycanın haqlı tələblərinə daim qeyri-ciddi arqumentlərlə qarşılıq verən tərəf də Ermənistandır. Sonuncu dəfə xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü ərəfəsində üç tələbi ortaya atıb danışıqları pozmağa çalışan da Ermənistandır. Iki xarici işlər naziri nəhayət neytral bir ölkədə görüşürlər və görüş başlayan kimi, Ermənistan xarici işlər naziri öz tələblərini ortaya qoyub. Bu, demək olar ki, danışıqları mənasız vəziyyətə gətirib çıxarır. Əgər sən öz tələblərindən imtina etməyəcəksənsə, onda danışıqlar aparmağa nə ehtiyac var? Üstəlik, bu tələblər açıq-aşkar sülh sazişinin imzalanmasını pozmağa yönəlibsə. Söhbət üç məşhur Qranada prinsipindən gedir. O prinsipdən ki, Ermənistan təklif etdi, Avropa Birliyi, Fransa və Almaniya dəstək verdi. Ermənistan sülh sazişi layihəsində mütləq əraziləri rəqəmlə göstərməyi tələb edir, delimitasiya və demarkasiya prosesi bitmədən. Hansı xəritərdən istifadə etmək tələbini ortaya qoyur və kommunikasiyaların açılmasını da bərabərlik və qarşılıqlılıq prinsipi əsasında reallaşdırmağı istəyir ki, bu da mümkünsüzdür. Azərbaycan dəfələrlə izah edib ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistandan Çinə gedən kommunikasiyanın statusu eyni ola bilməz, burada bərabərlik və qarşılıqlılıq gözlənilə bilməz. Üstəlik, Ermənistan 10 niyabr 2020-ci il bəyanatına qol çəkib və Naxçıvandan Azərbaycanın əsas hissəsinə açılacaq dəhlizin fərqli statusu qeyd olunub. Tələb olunub ki, həmin yoldan maneəsiz hərəkət təmin olunsun. Digər məsələlər də var ki, Ermənistan, imza atmasına baxmayaraq, onlardan da imtina edib. Nəhayət, konstitusiyanın dəyişdirilməsi məsələsi. Ermənistan konstitusiyanı dəyişdirmədən sülh sazişinin imzalanmasını təklif edir. Yəni sülh sazişi imzalanır, orda Qarabağ Azərbaycan ərazisidir, Ermənistan konstitusiyasına, onun preambulasına  görə Qarabağ Ermənistan ərazisidir. Bu vəziyyətdə, təbiidir ki, Ermənistanın Konstitusiya Məhkəməsi rəy verərkən imzalanmış müqavilənin konstitusiyaya zidd olduğunu göstərməli və o sülh sazişi parlamnetdə təsdiq olunmamalıdır. Bütün bunları nəzərə alan Azərbaycan hakimiyyəti konstitusiyanı dəyişdirməyi, preambuladan həmin hissənin çıxarılmasını təklif edir. Ermənistan da iddia edir ki, indiki halda referendum keçirilsə, erməni xalqı bu müddəanı qəbul etməyəcək. Halbuki, Ermənistan konstitusiyasına görə, referemdumla dəyişdiriləcək maddələrin siyahısı dəqiq göstərilib. Orda preambula yoxdur. Yəni preambulanı parlament özü 3-də 2 səs çoxluğu ilə dəyişdirə bilər və Ermənistandakı hakim partiya parlamentdə 3-də 2 səs çoxluğuna malikdir. Yəni parlamentdə 71 nümayəndəsi var. Bu səbəbdən konstitutsiyadan həmin preambulanın çıxarılması da heç bir problem deyil. Ancaq Ermənistan bunu etmək istəmir”-deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, bu da sülh sazişini düyünə salır və digər tərəfdən də görüşlərdən qaçır, əvvəlcə görüşlərdən imtina edir, sonra qarşı tərəfin görüşdən imtina etdiyini bəyan edir. “Ancaq anlamır ki, bu cür bəyanatlar verməklə uzağa getmək mümkün deyil. Birincisi, Avropa Siyası Birliyinin sammitini təşkil edən təşkilatçılar dəqiq bilirlər ki, görüşdən kim imtina edib. İkincisi, əgər imtina etməyibsə görüş təşkil etmək problem deyil, bu təşəbbüslə də çıxış etmək tamamilə mümkündür. Əgər imtina etməyibsənsə görüş, müzakirə edin. Hətta tədbirdən sonra da, yəqin ki, bir az Londonda ləngiyib görüş keçirmək mümkündür. Ümumiyyətlə, çox təəssüf ki, siyasətdə yalançılığı özünə oeşə etmiş şəxslər bu gün də kifayət qədər geniş yayılıb. Onlar qırmızı yalanlar danışmaqdan utanmırlar, daim yalanlar söyləyirlər, həqiqəti təhrif edirlər və nə utanırlar, nə də xəcalət çəkirlər. Günümüzün reallığı budur. Çox təəssüf ki, biz belə bir şəraitdə yaşamaq məcburiyyətindəyik. Ancaq yalanın ömrü uzun deyil. Ona görə hesab edirəm ki, yalan danışanların bu davranışını ifşa etmək və Azərbaycanla Ermənistan arasında görüşü qısa müddətdə təşkil etmək lazımdır ki, heç kim əlavə bəhanələr gətirə bilməsin”-deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031