"Azərbaycan mətbuatı möhkəm təməllər üzərində inkişaf edir" - Dağbəyi İsmayılov
Azərbaycan mətbuatı möhkəm təməllər üzərində inkişaf edir. Bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Azərbaycanda Mətbuatın Yaranmasının 149-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə deyib.
O bildirib ki, 149 il bundan əvvəl "Əkinçi" qəzeti işıq üzü görüb. Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin qoyduğu möhkəm təməllər üzərində inkişaf etməkdədir.
Azərbaycanda mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olub. Azərbaycan mətbuatı keçdiyi yolda böyük məhdudiyyətlərlə qarşılaşıb. Azərbaycan Jurnalistlərinin I Qurultayının qərarı ilə yaradılan Mətbuat Şurası ölkəmizdə medianın inkişafında mühüm rol oynayıb. Bu sahədə görülən tədbirlər nəticəsində Azərbaycandakı çap mediasının nəşriyyatlara olan borcu silindi. Azərbaycan bu gün qalib xalqdır. Ölkəmiz Prezident İlham Əliyevin sayəsində Vətən müharibəsində qələbə qazandı. Müharibədən təqribən bir il sonra Media sahəsində islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalandı. MEDİA Agentliyinin yaradılması ilə bu sahədə ciddi islahatlara başlandı. Bu gün onu bildirmək istəyirəm ki, Azərbaycan mətbuatı inkişaf edir".