Naxçıvanda daha bir neçə qeyri-yaşayış sahəsi özəlləşdirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinin keçirdiyi növbəti hərracda 10 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Belə ki, hərraca dövlət mülkiyyətində olan, Babək və Şahbuz rayonlarından 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid 13 qeyri-yaşayış sahəsi çıxarılıb.
Hərracın şəffaf və rəqabətli keçməsi üçün əvvəlcədən zəruri tədbirlər görülüb və proses videokamera ilə çəkilib. Əmlaklardan 10-u satılıb. 3 qeyri-yaşayış sahəsinə isə sifarişçi olmayıb.
Mətləb Salahov