Çexiya hökuməti Fransa şirkətinin təklifini rədd edib - Baş nazirdən açıqlama
Çexiya hökuməti yeni atom elektrik stansiyalarının tikintisi üçün Fransanın “Électricité de France” (EDF) şirkətinin təklifini rədd edib. Bu barədə Baş nazir Petr Fiala bildirib. Vurğulanıb ki, tikinti üçün Koreyanın KHNP (Korea Hydro & Nuclear Power) şirkəti ilə razılıq əldə olunub.
İlkin tenderdə Dukovanı zavodunda iki reaktorun, Temelində əlavə iki reaktorun tikintisi nəzərdə tutulurdu. Bununla belə, Çexiya hökuməti sonda yalnız Dukovanıda yalnız iki blok tikmək qərarına gəlib. Temelin seçiminin Koreya qrupu ilə gələcəkdə müzakirə ediləcəyi bildirilib.
KHNP-nin təklif etdiyi qiymət iki reaktorun hər biri üçün təxminən 200 milyard Çexiya kronudur (7,91 milyard avro). Layihədə Çexiya sənayesinin 60 faiz iştirakla cəlb olunması əsas amil olub.
Mətləb