"Zirə" Avropa Liqası ilə vidalaşdı, Konfrans Liqasındakı rəqibi açıqlandı
Futbol üzrə UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan təmsilçisi "Zirə" Moldova "Şerif"i ilə bu dəfə Bakıda qarşılaşıb. "Dalğa Arena"da keçirilən matçın əsasə vaxtı "Şerif"in 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İki oyunda ümumi hesab 2:2 olduğundan əlavə vaxt oynanılıb. Burada hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib. "Şerif" penaltilərdə daha dəqiq olaraq(5:4) növbəti mərhələyə yüksəlib.
Avroliqada mübarizəni dayandıran "Zirə" isə yoluna Konfrans Liqasında davam edəcək. Rəşad Sadıqovun komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq. "Zirə" ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.
Mətləb