KÖHNƏ VERSİYA            

İctimai nəqliyyatdan narazılıq - qiymət artsa da dəyişən nəsə yoxdur...

Image

Aparılan son araşdırmalar göstərir ki, Bakıda sərnişinlər hələ də ictimai nəqliyyatın fəaliyyətindən narazıdır. Mütəxəssislər nəqliyyatın effektiv fəaliyyəti üçün vacib olan amillər sırasında bu sahədə təklifin artmaqda olan tələblə ayaqlaşa bilməsini, şəhərətrafı torpaqlardan səmərəli istifadəni, ictimai nəqliyyatın müxtəlif qollarının inteqrasiyasını, nəqliyyatı idarə edən qurumların və rəsmilərin bu sahədə aydın baxışının olmasını qeyd edirlər.

Bundan başqa, Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir. Bu proses həm Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyatın yükünü, həm də ekologiyaya dəyən ziyanı azaldır. Onu da xatırladaq ki, alternativ ictimai nəqliyyat növlərinin yaradılması ilə bağlı 2018-ci ilin dekabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Yəni həmin proqramda tramvay və trolleybus kimi ekoloji təmiz nəqliyyat vasitələrinin yaradılması göstərilib. Amma bu istiqamətdə hər hansı addım atılmayıb. Bu arada onu da xatırladaq ki, iyulun 1-dən avtobuslarda və metroda gediş haqqı 10 qəpik bahalaşaraq 50 qəpik olub. Bakı-Sumqayıt istiqamətində avtobusda gediş haqqı isə 60 qəpikdən 70 qəpiyə yüksəlib. Amma qiymət artımından sonra keyfiyyətdə heç bir dəyişikliyin olmadığı bildirilir. Şikayətlərə görə, periferiyada fəaliyyət göstərən avtobuslarda kondisionerlər işləmir, sıxlıq davam edir. Bakıda yaşayan Bahar Əliyeva bu xüsusda “Azadlıq” radiosuna deyir ki, “Əhmədli qəsəbəsi - Sabunçu vağzalı” marşrutu üzrə işləyən 62 nömrəli avtobusların vəziyyəti heç də ürəkaçan deyil: “İllərdir köhnə avtobuslarla gedib-gəlirik. Nə kondisioneri var, nə də isitmə sistemi. Yayda istidən bişirik, qışda donuruq. Yol gedəndə də elə bilirsən, bu dəqiqə avtobus dağılacaq. Qiymət 10 qəpik qalxıb, amma nəyə görə qalxdığını bilmirik. Elə eyni vəziyyət qalıb”. Sosial şəbəkələrdə metro stansiyalarında da bəzi qatarlarda kondisionerin işləmədiyi, sıxlığın olması ilə bağlı şikayətlər eşidilir. “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Turan”a bildirib ki, yayda sərnişinlərin sayı azalıb. B.Məmmədov qeyd edib ki, buna uyğun olaraq Bakı Metropoliteni yay hərəkət qrafikinə keçir: “Səhər saat 7-dən 10-a qədər və axşam - saat 17:30-dan 21:30-a qədər “28 May” – “Həzi Aslanov” istiqamətində 2 dəqiqə 30 saniyəlik interval tətbiq olunur. Həmin intervalda sıxlığı tənzimləmək üçün metropoliten ehtiyat qatarlardan rahat istifadə edə bilir. Qışda bu interval 2 dəqiqədir. Günün qalan saatlarında heç nə dəyişmir”. Onun sözlərinə görə, köhnə nəsil qatarlarda kondisioner sistemini tətbiq etmək texniki cəhətdən mümkün deyil: “Bakı Metropoliteni bununla bağlı araşdırmalar aparıb, istehsal müəssisəsinin müvafiq rəyini də almışıq. Bu, faktiki olaraq yeni vaqonun istehsal prosesinə bərabər olur. Bir vaqona soyutma sisteminin quraşdırılması üçün o, tamamilə sökülməli, havalandırma, elektrik xətləri dəyişməlidir. Bu da o deməkdir ki, vaqonun konstruksiyası dəyişir, bu isə qəti qadağandır”. B.Məmmədov vurğulayıb ki, Bakı Metropoliteninin 61 qatarı var, onlardan 23-ü yeni nəsil qatarlardır: “Yaxın üç il ərzində 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i məhz yaxın bir ildə xəttə buraxılacaq. Bu da o deməkdir ki, köhnə vaqonlarda kondisionerin olmaması problemi mərhələ ilə öz həllini tapacaq”. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən vurğulanıb ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır: “Son bir ildə yalnız Bakıda 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusun alınaraq Bakıya gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun deməsinə görə, ölkədə qiymət artımı olsa da, keyfiyyətdə dəyişiklik yoxdur: “Hazırda Bakıda 2 minə yaxın avtobusun olduğunu deyirlər. Bu azdır. Həm də bunların 1 mini 15-20 ilin avtobuslarıdır. Normal ictimai nəqliyyatdan danışırıqsa, yeni avtobusların sayı 3 min olmalıdır. Sürücülər də dəqiq qrafiklə işləməlidir”. Metroya gəlincə, Ə.Hüseynov hesab edir ki, Bakı Metropoliteni mümkün olan bütün potensialı ilə işləyir: “Amma yenə də məlumatlar var ki, bəzi vaqonlarda kondisioner yoxdur, sadəcə havalandırma sistemi var, o da qızmar yayda dolu vaqonda sərinliyi təmin etmir. Vaqon parkının xeyli hissəsi köhnəlib və yenilənməyə ehtiyac var. Eyni zamanda, sıxlığın aradan qaldırılması üçün xətlər bir-birindən ayrılmalıdır”. Onun fikrincə, bütün bunlar böyük investisiya tələb edir: “Qiymətin 10 qəpik qaldırılması keyfiyyəti qaldıracaq gücdə deyil. Ona görə də bu sahənin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir”. Onu da qeyd edək ki, dövlət Bakı Metropoliteninə, daşıyıcı şirkətlərdən isə “Baku Bus MMC”yə illik subsidiya ayırır. Avtobusları dizel mühərriki ilə çalışan özəl daşıyıcı şirkətlərə dizel subsidiyası verir. Bundan əlavə, Azərbaycanda yalnız xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və müddətli həqiqi hərbi xidmət qulluqçularının metrodan ödənişsiz istifadəsi üçün güzəştlər nəzərdə tutulur. Başqa heç bir sosial təbəqəyə, statusu olan şəxslərə güzəşt yoxdur. Bu, özlüyündə dövlətin özəl daşıyıcılara yaratdığı imkandır. Amma əvəzində ictimai nəqliyaytın fəaliyyəti hələ də tələblərə cavab vermir. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031